Əsas Səhifə > Gündəm, Manşet > RUSLAR OLİQARX MƏMURLARIMIZI HƏDƏFƏ ALIB
RUSLAR OLİQARX MƏMURLARIMIZI HƏDƏFƏ ALIB3-04-2013, 09:22 |
RUSİYA BANKLARINA PULLARINI ETİBAR ETMİŞ MƏMURLARIMIZA BƏD XƏBƏR DİA.AZ: - Bu gün Azərbaycanda kifayət qədər pullu insanlar var ki, onların da böyük əksəriyyəti ya hakimiyyətdə təmsil olunurlar, ya da hakimiyyətə yaxındırlar. Yəni iqtidarın nəzarətindən kənarda elə də böyük pullar mövcud deyil. Olan varsa da, ölkədən kənardadır. Məsələn, elə bu gün YAP iqtidarına qarşı səfərbər olunan Rusiyadakı oliqarxlarımızı göz önünə gətirə bilərik. Həmin oliqarxlarımızın bu gün Kremlin əlində oyuncağa çevrilmələri faktdır. Hətta AST Telman kimi nüfuzlu bir iş adamının mətbuat qarşısında “Mən İlham Əliyeva qarşı getmərəm” deməsi də heç nəyi dəyişmir və hər kəs yaxşı bilir ki, suyu Kremldən axıdılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı “dəyirmanı” nələri üyüdə bilər... Məsələ bu deyil. DİA.AZ-a Rusiyadakı qaynaqlarımızdan daxil olan informasiyalardan aydın olur ki, rəsmi Moskva Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrini dənədiyi kimi, indi də maliyyə sahəsində qollarını çırmayıb. Mötəbər qaynağın iddialarına görə, bu gün onlarla nüfuzlu Azərbaycan məmuru var ki, onlar pullarını Avropa bankları ilə yanaşı, həm də yaxşı fazi verən rus banklarına da yatırıblar. Məsələn, qeyri-rəsmi bilgilərə görə, bu gün Rusiya banklarına ən çox etibar edənlərdən biri fövqəladə halla naziri Kəmaləddin Hеydərovdur. Onun əlindəki kapitalın 35-40 faizini Rusiya bankirlərinə əmanət etdiyi söylənilir. Eləcə də daha bir neçə məmurumuzun da Rusiya banklarında pul saxlaması haqda faktlar var. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, rəsmi Bakıya növbəti təzyiq rıçağını formalaşdırmağa çalışan Kremlin sıradakı hədəfi məhz rus banklarındakı Bakı mənşəli pullardır. Mənbəmizə görə, həmin bank hesablarının “svodkası”nın tutulması barədə göztəriş alan Rusiya Mərkəzi Bankının ekspertləri artıq bilgilərini gərəkən qurumlara veriblər. “Azerros”dan anonim olaraq bu barədə DİA.AZ-a verilən xəbərdə bildirilir ki, həmin bilgilər əsasında məmurlarımızın banl hesabları ila şantaj edilməsi gözlənilir. Hər halda, pirat-dövlət kimi tanınan Rusiyadan belə bir oyunu gözləməyinə dəyər. Geri qayıt |