Əsas Səhifə > Partiya > GƏNCLƏR ARİF HACILININ AİLƏSİNİ ZİYARƏT EDİB
GƏNCLƏR ARİF HACILININ AİLƏSİNİ ZİYARƏT EDİB2-12-2011, 11:53 |
DİGƏR VİCDAN MƏHBUSLARININ DA AİLƏLƏRİNƏ BAŞ ÇƏKİLƏCƏK Dünən Müsavat Gənclər Təşkilatının bir qrup üzvü vicdan məhbusu Arif Hacılının ailəsini ziyarət edib. Bu barədə musavat.com-a gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib. O deyib ki, növbəti günlərdə də digər vicdan məhbuslarının ailəsi ziyarət olunacaq. Qeyd edək ki, Arif Hacılı 2 aprel mitinqi ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində həbs edilib. O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur. Mayın 24-də Səbail rayon Məhkəməsi A. Hacılı barəsində həbs-qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb. Geri qayıt |