Əsas Səhifə > Siyasət, Manşet > CAHANGİR ƏSGƏROV MİLYONLARI BATIRDI

CAHANGİR ƏSGƏROV MİLYONLARI BATIRDI


2-12-2011, 11:37
CAHANGİR ƏSGƏROV MİLYONLARI BATIRDI

BƏH-BƏHLƏ AÇILAN BÖLGƏ AEROPORTLARI NİYƏ BAĞLANIR?

DİA.AZ: - «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareysləri müvəqqəti olaraq dayandırıb. AZAL-dan rəsmi olaraq bildiriblər ki, bu marşrutlar üzrə aviareyslər 2012-ci il mart ayının 24-dək təxirə salınır: «Aviareyslərin təxirə salınması bu marşrutla uçan sərnişinlərin az olması ilə bağlıdır. Bu da öz növbəsində mövsümi amillə əlaqədardır. Buna baxmayaraq, reyslərin martın 24-dən daha tez bərpa olunması da istisna olunmur».

Xatırladaq ki, Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər müvafiq olaraq 2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb. Qeyd edək ki, hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan marşrutları üzrə uçuşlar yerinə yetirir. Bölgələrə aviareyslərin açılışı hökumətin böyük uğuru kimi qələmə verilirdi. İndi isə bu reyslərin sərfəli olmadığı ortaya çıxır. Artıq iki reysin bağlanmağına baxmayaraq AZAL perspektivdə Bakı-Qəbələ marşrutu üzrə də aviareys açmaq niyyətindədir.

Onu da bildirək ki, artıq bğlgə aeroportlarına sərf olunan vəsaitin havaya sovrulması barədə qənaət hakimiyətin üst düzəyində də var. Ona görə də həmin aeroportların daha da təkmilləşdirilməsi və beynəlxalq uçuş standartlarına cavab verməsi yönündə iş aparılır. Bu isə əlavə vəsaitlərin xərclənməsini tələb edir.

Geri qayıt