Əsas Səhifə > Cəmiyyət, Manşet > AZƏRBAYCAN ORDUSU ERMƏNİLƏRİ NARAHAT EDİB

AZƏRBAYCAN ORDUSU ERMƏNİLƏRİ NARAHAT EDİB


2-04-2013, 16:00
AZƏRBAYCAN ORDUSU ERMƏNİLƏRİ NARAHAT EDİB
SERJ SƏRKİSYANIN ANDİÇMƏ MƏRASİMİNƏ HƏDİYYƏ

DİA.AZ: - Ermənilər həyəcan içindədir. Bu barədə düşmən ölkənin yaydığı məlumatlardan belə təəssürat yaranır. Belə ki, erməni KİV-lərində Azərbaycanın düşmən cəbhəsi ilə həmsərhəd ərazilərə əlavə hərbi birləşmələr yerləşdirməsi haqda məlumat yayılıb.

DİA.AZ-ın düşmən mətbuatına istinadən verdiyi xəbərdən aydın olur ki, hətta bu olay rəsmi İrəvan tərəfindən məxfi şəkildə araşdırılıb və belə bir rəy verilib ki, Azərbaycan tərəfi Serj Sərkisyanın inaqurasiya mərasimində cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə hazırlaşır.

Düşmən mətbuatında yer alan xəbərlərdən o da aydın olur ki, erməni dövlət dairələrində Azərbaycanın yay aylarında cəbhə xəttindəki bəzi istiqamətlərdə hərbi əməliyyatları bərpa etməsi də gözlənilir.

Geri qayıt