Əsas Səhifə > Gündəm, Manşet > BEYLƏQANDA ŞOK TƏHSİL KORRUPSİYASI
BEYLƏQANDA ŞOK TƏHSİL KORRUPSİYASI2-04-2013, 14:51 |
TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNƏ QARŞI İTTİHAM DOLU FAKTLAR AÇIQLANDI DİA.AZ: - Beyləqan rayon Təhsil Şöbəsinin özbaşınalıq fəaliyyəti ilə bağlı dəfələrlə məlumat vermişik. Məlum olduğu kimi bir müddət əvvəl Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən bu qurumun maliyyə fəaliyyəti təftiş olunmuşdu. Məlumatlarda bildirilirdi ki, həmin yoxlamaların nəticələrində korrupsiya əməlləri faktı öz əksini tapıb. Bu məsələ ilə bağlı Beyləqanın icra başçı Şura İclasında Tofiq Sadıqova töhmət verərək təhqir edib. Rayon Təhsil Şöbəsində aparılan təftiş nəticəsində aşkar olunmuşdu ki, qurum öz fəaliyyətində aidiyyatı üzrə Mərkəzi İcra orqanlarının sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərməli olduğu halda, əksər hallarda həmin qərar və sərəncamların pozulmasına yönəlmiş fəaliyyət göstərib. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 03 fevral 2009-cu il tarixli 09.12.48 nömrəli məktubuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinə 2003-il 09.12. 48 nömrəli məktubuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət büdcəsindən maliyələşən təlim-tərbiyə və təhsil müəssələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydalarının tələblərinə əməl edilməmiş, həmin qərarın bir nömrəli əlavəsi və həmin nömrəsinin 3-cü bəndinin tələbləri gözlənilməmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1999-cu il 12 iyun tarixli 46-17-12602-16 saylı məktubunun tələblərinə əməl olunmamışdır. Bu yazılanları isə daha aydın şəkildə ifadə etməli olsaq demək olar ki, yoxlamaların nəticəsində Sadıqovun rəhbərlik etdiyi Beyləqan Rayon Təhsil Şöbəsində 396 000 (üç yüz doxsan altı min) manatdan yuxarı məbləğdə çatışmazlıq, artıq ödəmə və təyinatından yayındırma hallarına yol verildiyi aşkarlanmışdır. Külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə yol açmış qanun pozuntularının ümumi sayı 36-nı keçmişdir. O cümlədən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar daha böyük məbləğlərin silinməsinə şərait yaratmışdır. Biz ötən yazımızda da qeyd etmişdik ki, bütün bu qanun pozuntularından Təhsil Nazirliyinin rəhbərliyinin uzun müddət xəbərsiz olması qətiyyən inandırıcı səslənmir. Lakin fakt faktlığında qalır və biz hələ də ölkə rəhbərliyinin Azərbaycan təhsilinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirdiyi irimiqyaslı tədbirlərin iflasa uğraması üçün əllərindən gələni edən məmurların xalqa öz iradələrini diqtə etmələrinə dözmək məcburiyyətindəyik. Azərbaycan dövlətinin gənclərimizin təhsili üçün, başqa sözlə desək ölkəmizin gələcəyi üçün ayırdığı vəsaitləri Tofiq Sadıqov mənimsəyərək hələ də bu yüksək tribunada əyləşərək Ölkə Başçısına və qanunlara sədaqətsizlik etməkdədir. Sonda qeyd etmək istərdik ki, bu gün də Beyləqan təhsil sahəsinə rəhbərlik edən Tofiq Sadıqovun rüşvətxorluq və korrupsiya əməlləri heç də yeni xəbər deyildir. Bu ƏYYAŞ Çinovnik Müsavatçı müxtəlif vaxtlarda daha yüksək vəzifələrə, o cümlədən RİH Başçısı postuna sahib ola bilmək üçün müxtəlif vəzifəli şəxslərə yüz min manatlarla ölçülən məbləğdə rüşvət təklif etməsi faktı heç kəs üçün sirr deyil. Hələlik isə rayon əhli daha bir tədris ilini korrupsiya və rüşvətxorluğa bulaşmış məmurun nəzarəti altında qarşılamaq məcburiyyətindədir bu da Tofiq Sadıqovdur.... Tofiq Sadıqovun "Dəftərxana əməliyyatı" Beyləqan rayon təhsili tamamilə bərbad vəziyyətdir. Məktəblər üçün verilən Kompyuterlər satılaraq yerinə işləməyən kompyuterlər gətrilmişdir. Demək olar ki, məktəblərin çoxunda hələdə kompyuter yoxdur. Dövlət tərəfindən ayrılan ümumi vəsaitlər satlaraq ciblərə qoyulmuşdur. Buna subut olaraq Sadıqov və onunla əlbir olan şəxslərin vasitəsi ilə "Dəftərxana" əməliyyatından qazanılan pulun məbləği 150 min manatdan artıqdır. Ona görədə rayonun bütün məktəbləri işlədilən dəftərxana vəsaitlərini öz şəxsi hesablarına alırlar. Bəs onda dövlətin bu qədər xərci hara gedir. Elə biz bu problemi araşdırıb Baş prokrorluğa göndərəcəyik, onda Sadıqovla əlbir olanların hər biri öz cəzasına çatacaq. Rayonda savadllı müəllimlər işlərinin öhdəsindən yaxşı gəlsələrdə Sadıqov onları incitməklə məşğuldur. Onunçündə sevib əyləndiyi rayonda hər kəsin pozğun kimi tanıdığı birisini mühüm məktəblərdən birinə direktor təyinatına start vermişdir. Hansı müəllimlər ki, mübariz deyil, təzyiq altındadırlar, hər ay maaşlarından 30 faiz alınır. Məktəb üçün dövlətin pulu ilə keyfiyyətsiz partalar alırlar. 6 ay keçmir stollar, stullar qırılır. Hər bir məktəb direktoruna ayda müəllimlərdən 1000-1500 manat pul yığılması ilə bağlı tələb qoyulub. Attestatdan keçə bilməyən IX və XI sinif şagirdlərindən rüşvət alınır. Məktəb direktorlarına təkidlə üzünü belə görməyən şagirdlərin adının jurnalda getməsi üçün tələb qoyulur. Beyləqan rayonunda 100 belə şagirdi faktla göstərmək olar. Demək olar ki, təhsil şöbəsi monopoliyaya çevrilib, bazara dönüb. Bu haqsızlıq və özbaşınalığında başında Tofiq Sadıqov faktoru dayanıb. Söz ardı: Əziz oxucula gələ sayımızda oxuya biləcəyiniz faktların qısa xronikasını ilə tanış olun: "Dəftərxana əməliyyatının" gizlinlərinin şok təfərruatları, Sadıqov rayon Həmkarlarının rəhbəri Tahir müəllimlə aralarıda olan hüsumətin əsil səbəbi. Və Tahir haqqıda mətbuata ötrülən faktarın arxasında duran şəxsin kimliyi? Tofiq Sadıqovun MTN-nə çağrılmasının və nəzarətdə olmasının məğzi, bir Təhsil müdirinin Hotel sərgüzəştləri və tanınmış jurnalistin həbsində Sadıqovun əli. Bu faktları və həbs sifarişi alan şəxs Sadıqovu niyə ifşa edir. Bütün bunların nədənini bilmək üçün bizi izləyin!!! Geri qayıt |