Əsas Səhifə > Gündəm, Manşet > BU SEÇKİ İLİNDƏ SƏS-KÜYLÜ MƏMUR HƏBSLƏRİ OLACAQ
BU SEÇKİ İLİNDƏ SƏS-KÜYLÜ MƏMUR HƏBSLƏRİ OLACAQ2-04-2013, 10:45 |
HAKİMİYYƏT İÇİNDƏKİ GƏRGİNLİK ƏN PİK NÖQTƏSİNƏ QƏDƏM QOYMAQDADIR DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri hakimiyyət içində mövcud olan və uzun müddətdir cərəyan edən bir sıra problemlərin həlli üçün də münbit şərait yaradıb. Burada daha çox diqqətə gələni isə iqtidariçi qruplaşmalar arasında hökm sürən toqquşmalardır ki, artıq bəzi iç qüvvələr rəqiblərini yenə bilmələri üçün fürsət əldə ediblər. DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlardan ötürülən informasiyalardan belə aydın olur ki, seçkilər ərəfəsində hər bir qruplaşma prezidentə daha yaxın görünməsi üçün rəqib cinahla bağlı və xüsusən də rəqib cinahda təmsil olunanların, onların yaxınlarının, onların nəzarətində olan dairələrin hakimiyyətin ümumi maraqlarına, xüsusən də prezidentə qarşı hər hansı fəaliyyəti əks etdirən kompromat xarakterli informasiyaların əldə edilərək prezidentə çatdırılması üçün dəridən-qabıqdan çıxmaqdadır. Mənbəmizin söylədikləri: «Bu gün hər bir iç qruplaşma az qala bir kəşfiyyat strukturu kimi fəaliyyət göstərir. Heç İran və yaxud da bir başqa ölkənin kəşfiyyatına qarşı da belə fəaliyyət, belə ciddi rejimli müşahidə təşkil olunmayıb. Yəni adamlar bir-birilərini əzməkdə bu qədər maraqlıdırlar. Və əldə olunan bütün informasiyalar yalnız rəqib cinahın prezidentə qarşı fəaliyyəti fonunda təqdim olunaraq dövlət başçısının masası üzərinə qoyulur». Artıq buk imi faktların yetərincə olduğunu bildirən mənbəmiz onu da əlavə etdi ki, əslində üz-üzə gələn hakimiyyətdaxili güclərin bu şəkildə döyüşü seçkilər ərəfəsi üçün xarakterikdir: «Amma bu dəfə fundamental dəyişikliklər astanasında olduğumuzdan hadisələr daha aqressivdir. Və bunun da fəsadları gözləniləndir». Mənbəmizin bildirdiyinə görə, artıq bir-birilərinə qarşı olduqca sərt ruhda köklənmiş iç qruplaşmaların nəhayətdə, günlərin birində eyni hədəfi nişan almaları da istisnadır: «Bu isə o deməkdir ki, istənilən halda hakimiyyət daxilində böyük dəyişikliklər baş verməlidir. Çünki vəziyyətin hazırki status-kvosu hakimiyyəti bütünlükdə olaraq çökərdə bilər. Necə ki, 2005-ci ilin 17 Oktyabr həbsləri ilə bir-birilərini bilmərrə olaraq qəbul etməyən iqtidariçi cinahlardan birinə üstünlük verildi, digəri tamamən sıradan çıxarıldı, eləcə də anoloji hadisələr bu seçki ilində də mütləq şəkildə baş verməlidir». Geri qayıt |