Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI OĞLUNU HƏBSDƏN NECƏ QURTARDI?
İCRA BAŞÇISI OĞLUNU HƏBSDƏN NECƏ QURTARDI?2-04-2013, 08:51 |
GORANBOYUN İCRA BAŞÇISININ ŞOK ƏMƏLLƏRİ PREZİDENTƏ ÇATDIDI DİA.AZ: - Məlum olduğu kimi, bir müddət əvvəl tanınmış iş adamlarından biri olan Müqayis Verdiyev Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin sifarişi əsasında həbs olunub. Qeyd edək ki, Verdiyevə qarşı heç bir əsası olmayan ittiham irəli sürülüb. Dünən isə sahibkar Prezident İlham Əliyevə sözün həqiqi mənasında şok yaradacaq müraciət ünvanlayıb. Br nüsxəsi də DİA.AZ-a daxil olan həmin müraciəti olduğu kimi təqdim edirik: Hörmətli, Cənab Prezident! Mən Müqayis Verdiyev bir müddət öncə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tərəfindən, özü də annam dünyasını dəyişən gün həbs olunmuşam. Nəzərinizə çatdırım ki, bir sahibkar olaraq Azərbaycanımızın gözəlləşməsi və abadlaşması üçün əlimdən gələni etmişəm. Həmin inşa etdiyimiz və abadlaşdırdığımız, habelə yenidən qurduğumuz obyektlərin bir çoxlarının açılışını da məhz Siz etmisiniz. Buna misal olaraq Yevlax və İmişli rayonlarında gördüyüm işlər Sizin tərəfinizdən xüsusən bəyənilib. Hətta mənə buna görə, çox sağ ol da deyibsiniz. Cənab Prezident! İmişli rayonunda icra başçısı Vilyam Hacıyev tərəfindən sahibkarlara yaradılmış problem də məhz Sizin müdaxiləniz sayəsində həllini tapdı. Bu möhtəşəm addımınıza qarşılıq olaraq biz sahibkarlar da Sizə təşəkkür məktubu ünvanladıq. Amma analoji problem bu dəfə Goranboy rayonunda yaranıb. Belə ki, doğulub-boya başa çatdığım Goranboyda da abadlıq və quruculuq işlərini həyata keçirməyə çalışdım. Nəzərinizə çatdırım ki, icra başçısı Nizaməddin Quliyevin oğluna məxsus «Fəqan-Xidmət» şirkəti bir müddət əvvəl keçirilmiş tenderin qalibi olub. Bu həmin şəxsdir ki, Kapital Bankın Mingəçevir filialının rəhbəri işləyirdi və 500 min manatlıq yeyinti faktına görə oradan işdən çıxarıldı. Həmin vaxt atası Nizaməddin Quliyev onu yaranmış problemdən qurtara bildi. Tender məsələsində isə bizi rayona dəvət edərək, nəzərdə tutulan işlərin bizim tərəfimizdən həyata keçirilməsini istədi. Mənim üzərimə düşən işin xərcləri 256 min manat oldu ki, onun da 100 min manatı icra başçısı tərəfindən ödənilib. Və razılaşma əldə olundu ki, bütün işlər başa çatdıqdan sonra yerdə qalan 156 min manatı da ödəyəcək. Amma işlər başa çatdıqdan sonra həmin pulu ödəməkdən imtina etdi. Çox hörmətli Prezident! Qeyd edim ki, pulumu tələb etdikdə Nizaməddin Quliyev müavini Baxış Abdullayevə göstəriş verərək, onun əliylə rayonda etiraz aksiyası təşkil etdirdi. Belə ki, Baxış Abdullayev fəhlələri İcra Hakimiyyətinin binası qarşısına yığaraq, onların etiraz aksiyasını təşkil etmişdi. Bu əməli həyata keçirəndən sonra guya, mənim rayonda iğtişaş törətmək istədiyimə dair yalan məlumatları yuxarı dairələrə çatdırdı. Ardından isə həbsimi təşkil etdirdi. Məqsəd isə oğlunun yeyib-dağıtdığı pulları ört-basdır etmək idi. Çünki icra başçısının oğlu bu dəfə də tenderin pullarını mənimsəyərək, atasını çətin vəziyyətə qoyub. Ancaq mən həmin Müqayis Verdiyevəm ki, 26 noyabr 1994-cü ildə keçirilmiş ümumxalq müşavirəsində cənab Ramiz Mehdiyev öz çıxışında yeganə olaraq mənim adımı vurğulayaraq (həmin vaxt mən Gəncə Quşçuluq Fabrikinin direktoru vəzifəsində çalışırdım) Surət Hüseynova tabe olmadığımı bildirmişdi. Eyni zamanda, hörmətli Ramiz müəllim hamını mənim kimi dövlətə sədaqətli olmağa çağırmışdı. Hətta bununla bağlı həmin vaxt «Azərbaycan», «Xalq» və «Respublika» qəzetlərində yazılar da dərc olunmuşdu. Maraqlıdır ki, dövlətin ən ağır vaxtlarında dövlətə xəyanət etməyən bir adam, niyə indiki əmin-amanlıq dönəmində iğtişaş törətsin? Cənab Prezident! Yazıb, Sizdən xahiş edirəm ki, qanunsuz, heç bir əsas olmadan, habelə qurudğan məmur balasının əməllərini ört-basdır etmək üçün nəzərdə tutulmuş həbsimlə bağlı tədbir görərək, həbsdən azad edilməmyimə göstəriş verəsiniz”. Geri qayıt |