Əsas Səhifə > Güney Press / Manşet > DƏRMAN BAZARI DAVASI QIZIŞIR

DƏRMAN BAZARI DAVASI QIZIŞIR


1-12-2011, 18:10
DƏRMAN BAZARI DAVASI QIZIŞIR

PREZİDENTİN QOHUMUNUN GƏTİRDİYİ DƏRMANLARA QADAĞA QOYULDU

DİA.AZ: - Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda "Rozeqlikazon" və "Sibutramin" dərmanlarının satışı qadağan edilib. Bu barədə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Hər iki dərmanın ləğvi onların orqanizmə mənfi fəsadları ilə bağlıdır.

Artıq səhiyyə naziri Oqtay Şirəliyev bu dərmanların ölkə ərazisində istifadəsinin dayandırılması və satışdan yığışdırılması barədə əmr verib. Mərkəzdən bildirilib ki, hazırda bu dərmanların heç biri satılmır.

Qeyd edək ki, "Rozeqlikazon" şəkərli diabet əleyhinə, "Sibutramin" isə arıqlamaq üçün nəzərdə tutulan dərman preparatlarıdır.

Onu da bildirək ki, hər iki dərmanı Azərbaycana mərhum Aqil Əliyevin oğlu İlqar Əliyevin rəhbərlik etdiyi “READ-Farm” firması idxal edirdi. Onu da xatırladaq ki, son zamanlar dərman bazarında acımasız savaş müşahidə olunur. Belə ki, başında son parlament seçkilərində Şəkidən deputat seçilmiş Cavanşir Feyziyevin dayandığı “Avromed” firması dərman bazarını tam olaraq ələ keçirmək üzərədir. Onun arxasında isə səhiyyə nazirinin müavini Elsevər Ağayev və hakimiyətiçi kürd qruplaşmasının dayandığı bildirilir.

Bu isə o deməkdir ki, artıq sözügedən dərman mafiyası administraiv rıçaqlar hesabına dərman bazarından “READ-Farm”ı tam olaraq çıxarmağı qəsd ediblər. Çünki, hazırda sözügedən firmanın ölkəyə çoz məhdud sayda adda dərman gətirməsinə icazə var. Halbuki “Avromed” 200-dən artı dərman şirkəti ilə əməkdaşlıq edir.

Bu barədə redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, Cavanşir Feyziyevə əlahiddə imkanlar yaradılsa da, İlqar Əliyev bazarda sıxışdırılır. Və son qadağalar da yalnız İlqar Əliyevə aiddir: “Əgər söhbət həqiqətən də insanların sağlamlığına təhlükədən gedirsə, o zaman “Avromed”in ucuz qiymətə gətirib baha qiymətə satdığı antibiotiklərin əksəriyyəti qadağan edilməlidir”.

Mövzu diqqətimizdədir.

Geri qayıt