Əsas Səhifə > Hadisə > FHN ŞEFİ OĞLUNA 1 MİLYONLUQ HƏDİYYƏ ALIB
FHN ŞEFİ OĞLUNA 1 MİLYONLUQ HƏDİYYƏ ALIB1-04-2013, 11:18 |
NAZİR TOY TƏDARÜKÜNDƏ Fövqəladə hallar naziri Kamaləddin Heydərov oğlunun yay aylarında baş tutacaq toyu ilə əlaqədar Nicat Heydərova möhtəşəh toy hədiyyəsi edib. Bu barədə "AzeriNews.org"a Fransadakı məlumatlı mənbənin verdiyi məlumatlarda bildirilir ki, ötən həftə Fransanın əfsanəvi lideri Napoleon Bonapartın 1796-cı ildə həyat yoldaşı Jozefinaya hədiyyə etdiyi qızıl üzük 949 min dollara satılıb. Üzük Parisdəki Osenat muzeyində təşkil edilən açıq auksionda təxmin edilən qiymətindən 50 qat artıq qiymətə müştərisini tapıb. Amma üzüyü alanın kimliyi açıqlanmayıb. Lakin sonradan məlum olub ki, üzüyün auksionda alınmasının sifarişçisi Azərbaycandan fövqəladə hallar naziri Kəmaləddin Heydərov olub. Məlumatlara görə, Kəmaləddin Heydərova Jozefinanın üzüyünün auksionda alınmasında fransalı iş adamlarından biri köməklik edib. Jozefinanın üzüyü isə bu ilin yay aylarının birində Nicat Heydərovun toy mərasiminə bir neçə gün qalmış Bakıya gətiriləcək və toyda üzük Nicat Heydərovun ailə qurduğu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızının barmağına təntənəli taxılacaq. Qeyd edək ki, Napoleon Bonapartın 1796-cı ildə həyat yoldaşı Jozefinaya hədiyyə etdiyi qızıl üzük 18-ci əsrdən qalma "toi et moi" (sən və mən) adlı nişan üzüyü almaz və safir daşlardan hazırlanıb. Napoleon Jozefinaya eşqini daşları göz yaşı damlası şəklində hazırlanan bu üzüklə bildirib. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın ən nüfuzlu insanlarından biri, fövqəladə hallar naziri Kamaləddin Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə qohum olub. Kamaləddin Heydərov kiçik oğlu Nicat Heydərova Elçin Quliyevin qızını nişanlayıb. İndi isə hər iki şəxs möhtəşəm toya hazırlaşırlar. Geri qayıt |