Əsas Səhifə > Siyasət, Manşet > «FACEBOOK» MƏMURLAR ÜÇÜN DƏ PROBLEMƏ ÇEVRİLİB

«FACEBOOK» MƏMURLAR ÜÇÜN DƏ PROBLEMƏ ÇEVRİLİB


1-04-2013, 10:37
«FACEBOOK» MƏMURLAR ÜÇÜN DƏ PROBLEMƏ ÇEVRİLİB
100-Ə YAXIN MƏMUR «FACEBOOK»DAKI FƏALİYYƏTİNİN BALISAN DÜŞÜB

DİA.AZ: - Az əvvəl məlumat verərək bildirdik ki, fövnqəladə hallar naziri Kəmaləddin Heydərova qarşı onun yaxın adamlarından birinin «facebook»dakı fəaliyyəti bir kompromat kimi istifadə oluna bilər və belə bir fakt artıq yuxarı dairələrin də diqqətinə təqdim olunub. Bunu xatırladan məlumatlı mənbənin DİA.AZ-a verdiyi xəbərlərdən aydın olur ki, ümumiyyətlə, son günlər sosial şəbəkələrdəki fəaliyyətləri səbəbindən onlarla məmur hədəfə çevrilib.

Mənbənin iddia etdikləri: «Son zamanlar müxalifətçi gənclərlə bağlı «Facebook» ciddi şəkildə təftiş edilir. Bu zaman ortaya əlavə faktlar da çıxıb ki, bunun iqtidar-müxalifət müstəvisinə aidiyyatı olmasa da, həmin faktlar da ciddiyə alınıb».

Mənbəmiz bildirir ki, həmin faktlardan istifadə edən qüvvələr artıq bir sıra məmurları şantaja da keçiblər: «Söhbət hansısa bir məmurun «facebook»dan əyləncə kimi istifadə etməsindən və yaxud da digər bu yönümlü fəaliyyətindən gedir ki, belə bir faktların ictğimailəşməsi onların nüfuzuna xələl gətirə bilər. Məhz bu kimi məqamları diqqətə alan maraqlı qüvvələr ayrı-ayrı dövlət qurumlarında çalışan 100-ə yaxın məmuru çətin duruma salıblar».

Qeyd edək ki, redaksiyamıza bu məsələ ilə əlaqədar çox maraqlı faktlar daxil olub və yaxın vaxtlarda həmin faktlar əsasında diqqətinizə maraqlı bir araşdırma yazısını təqdim edəcəyik. Bu zaman biləcəksiniz ki, dünənə qədər bir-birinə rəqib olan iqtidariçi qruplaşmalar indii «Facebook»dan necə yadalanırlar… Bizi izləməkdə davam edin…

Geri qayıt