Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİNƏ RƏQİBLƏRİNDƏN ŞOK ZƏRBƏ GƏLİR

FHN ŞEFİNƏ RƏQİBLƏRİNDƏN ŞOK ZƏRBƏ GƏLİR


1-04-2013, 09:52
FHN ŞEFİNƏ RƏQİBLƏRİNDƏN ŞOK ZƏRBƏ GƏLİR
KƏMALƏDDİN HEYDƏROVUN YAXIN ADAMI ÖZÜNÜ «FACEBOOK»DA İLİŞDİRİB

DİA.AZ: - «Hakimiyyət daxilində fövqəladə hallar naziri Kəmaləddin Heydərova qarşı yeni cəbhə açılıb». Bu şok məlumatı DİA.AZ-a çatdıran Nazirlər Kabinetindəki mənbəmiz bildirir ki, hətta FHN şefini hədəfə alan qüvvələr Kəmaləddin Heydərovun prezident yanında olan etimadını sarsıda bilmələri üçün kompromatlar toplamağa da girişiblər.

Mənbənin söylədikləri: «Məlumdur ki, Kəmaləddin Heydərov bu gün ölkənin ən nüfuzlu məmurlarından biridir və o, tək-tük nazirlərdəndir ki, prezidentin ye6ni komandasına düşməyə də müvəffəq olub. Bu isə FHN şefinin rəqiblərinin ürəyincə deyil və yaxın günlərdə Kəmaləddin Heydərovun adamlarından birinin hakimiyyətə qarşı fəaliyyətini sübuta yetirən olduqca ilginc faktlar mətbuat vasitəsilə işıqlandırılacaq».

Mənbəmiz bildirir ki, məhz kompromat toplanışı zamanı belə bir faktın əldə edildiyi məlum olur: «Son6 günlər «facebook» ətrafında müxtəlif proseslər gedir. Bu sosial şəbəkədə insanların fəaliyyəti ciddi şəkildə təhlil olunur. Araşdırmaya məruz qalanlar arasında ayrı-ayrı məmurların yaxınları da var. Və məhz bu tipli araşdırma zamanı Kəmaləddin Heydərova ən yaxın olan şəxslərdən birinin antiiqtidar yönümlü fəaliyyəti təsbit olunub».

Mənbəmiz əlavə etdi ki, bu fakt artıq dövlət başçısının masasına təqdim olunub və eyni zamanda yaxın günlərdə mətbuata da ötürüləcək.

Geri qayıt