Əsas Səhifə > Güney Press / Manşet > İSA QƏMBƏR SÜRPRİZ ADDIMI ATMAĞA HAZIRLAŞIR
İSA QƏMBƏR SÜRPRİZ ADDIMI ATMAĞA HAZIRLAŞIR1-04-2013, 09:23 |
![]() DİA.AZ: - Son zamanlar İctimai Palatadakı əsas müttəfiqi AXCP sədri Əli Kərimli ilə yola getmədiyi barədə təəssüratlar yaranan Müsavat Partiyasının başqanı İsa Qəmbər şok bir addımı atmağa hazırlaşır. DİA.AZ-a Müsavat Partiyasındakı mənbələrdən verilən məlumatda deyilir ki, başqan nəinki AXCP sədrinə vahid namizəd məsələsində güzəştə getməyə hazırlaşır, ümumiyyətlə onun siyasətdən gedəcəyi belə söz konusudur. Mənbə iddia edir ki, İsa Qəmbər neçə müddətdir ki, səhhətində problemlər yaşayır. Xatırladaq ki, bir neçə il əvvəl də başqanın sağlıq durumu ilə bağlı müəyyən narahatçılıqlar ortaya çıxmışdı və hətta İsa Qəmbərin Yaponiyada ürəyindən əməliyyat olunduğu da söylənilirdi. İndi isə İsa Qəmbərin yenidən müalicə məqsədilə Azərbaycanı tərk etməyə hazırlaşdığını söyləyən mənbəmiz əlavə etdi ki, bu dəfə səfərin uzun müddətə çəkəcəyini nəzərə alan İsa Qəmbər gedişi öncəsi AXCP sədrinə sürpriz jestini də etməyi düşünür: В«Hər halda, bu ilki prezident seçkilərində İsa Qəmbər fəal iştirak edə bilməyəcək. Ona görə də başqan tərəfdaşlarını Əli Kərimlinin namizədliyini müdafiə etməyə çağırış edəcəkВ». ![]() Geri qayıt |