Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOVUN BAŞ NAZİRLİK SEVDASI PUÇ OLUB

İSMƏT ABBASOVUN BAŞ NAZİRLİK SEVDASI PUÇ OLUB


1-04-2013, 08:43
İSMƏT ABBASOVUN BAŞ NAZİRLİK SEVDASI PUÇ OLUB
KTN SEKTORUNDA CƏRƏYAN EDƏN ŞOK KORRUPSİYA FAKTLARI AÇIQLANDI

DİA.AZ: - Keçən günlərdə qeyd etdiyimizi bir daha yada salaraq, nəzərinizə çatdırmaq istərdik ki, Dünya Bankı tərəfindən Respublikamıza ayrılan 18 milyon ABŞ dolları məbləği kənd təsərrüfatı sektorunda çalışan fermerlərin kredit ittifaqları (Kİ) vasitəsilə kreditləşməsi üçün nəzərdə tutulmasına baxmayaraq, İsmət Abbasovun Kİ-lərə təzyiqi nəticəsində həmin məbləğ təyinatı üzrə xərclənməmişdir. Qeyd edək ki, artıq bu məsələnin müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı da məlum olub və hətta Mərkəzi Bank iki kredit təşkilatının lisenziyasını ləğv edərək Kənd Təsərrüfatı Naziri İsmət Abbasova şok effektli zərbə vurub.

DİA.AZ bildirir ki, Dünya Bankı tərəfindən ayrılan məbləğin layihə əsasında “İcraçı Kredit Agentliyi” MMC (İKA) tərəfindən paylanması nəzərdə tutulsa da, İsmət Abbasov bu özəl qurumun fəaliyyətini də ələ keçirməyə nail olmuşdur. İsmət Abbasov öz nazirliyində mühasibatlıq sahəsində çalışan Arif Əliyevi bu təşkilata direktor təyin etmişdir. Hətta Fəqan Əliyevin dediklərinə əsasən Arif Əliyev bu posta gələrkən Nazirə 40 000 manat məbləğində hörmət etmişdir. Qeyd edək ki, bu barədə DİA.AZ-a yeni faktlar daxil olub və həmin bilgiləri diqqətinizə təqdim edirik.

Mənbənin söylədikləri: “Fəqan Əliyev özü İKA-da kredit mütəxəssisi vəzifəsində çalışır, onun atası Xəlil Əliyev isə Kənd Təsərrüfatının Kreditləşməsi üzrə Dövlət Agentliyinin (KTKDA) Naxçıvan MR-da nümayəndəsi vəzifəsində çalışırdı. Xəlil Əliyev işində yol verdiyi korrupsiya hallarına, törətdiyi özbaşınalıqlara görə bu il Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən işdən uzaqlaşdırılmış və onun barəsində Prokurorluqda iş açılmışdır.

Xəlil Əliyevin və Arif Əliyevin korrupsiya hallarını rahatçılıqla həyata keçirməsinə cürət verən şəxs, bildiyiniz kimi, Kənd Təsərrüfatı Naziri İsmət Abbasov və onun əlaltıları olan Kənd Təsərrüfatının Kreditləşməsi üzrə Dövlət Agentliyinin işçiləridir.

Nazirlikdə baş verən özbaşınalıqlardan Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin Baş Direktoru Hüseyn Hüseynov və bu Layihə üzrə Dünya Bankının Azərbaycandakı nümayəndəsi Rufiz Çıraqzadənin xəbərləri olsa da, naməlum səbəblərdən heç bir tədbir görmürlər, hətta axına qarşı çıxmamaqları onlarla əlbir olmaqlarından xəbər verir.

KTKDA-nın keçmiş direktoru Razim Vəliyev vaxtilə kreditlərin paylanılması zamanı Kİ-lərdən külli miqdarda “şapka” şəklində pulların yığılmasına göz yumurdu və hətta bunun üçün şərait yaradaraq Kİ-lərin kreditləşməsinə birbaşa öz razılığını bildirərək imzası ilə təsdiqləyirdi. Korrupsiyaya qarşı Mübarizə İdarəsi “İcarçı Kredit Agentliyi” MMC-ni bir müddət araşdırdıqdan sonra Razim Vəliyev öz işlərini ört-basdır etmək üçün işdən uzaqlaşmış və hazırda Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışır.

Onu da qeyd etmək istərdim ki, Arif Əliyev 2010-cu ildə İKA-da direktor vəzifəsinə gəldikdə Kİ Sədrlərinə müəyyən hədələr edərək söyləyirdi ki, özü Kənd Təsərrüfatı Nazirinin müavini vəzifəsinə keçəcək və hər şey öz əlində olacaq. Hətta Razim Vəliyev Kənd Təsərrüfatı Naziri, İsmət Abbasov isə Baş Nazir postuna təyin olunacaq. Halbuki, bu vəzifələr Prezident tərəfindən təyin olunur. Kənd Təsərrüfatı Naziri və onun işçiləri bütün bu xulyaları qurarkən bilmirdilər ki, vaxt gələcək onların bu işləri Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılacaq. Hətta indiyənədək Nazirliyin işçiləri bu araşdırmaya boş baxırlar, “bizə heç kim heç nə edə bilməz, çünki Nazirin arxasında böyük adamlar durur” deyərək öz işlərini davam etdirirlər”.

Geri qayıt