Əsas Səhifə > Ölkə > HƏKİMELDOSTUYA YARDIM EDİLDİ

HƏKİMELDOSTUYA YARDIM EDİLDİ


1-12-2011, 15:00
HƏKİMELDOSTUYA YARDIM EDİLDİ

“SƏRHƏDSİZ REPORTYORLAR” AZƏRBAYCAN MEDİASINA DİQQƏTİ ARTIRIR

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə azadlığı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevə maddi yardım göstərib.

“Yardım Naxçıvan hakimiyyəti tərəfindən jurnalistin hüquqlarının pozulması və təqib olunması ilə bağlı göstərilib”, - təşkilatın Parisdəki ofisindən Turan-a bildirilib.

Xatırladaq ki, bu ilin yayında Şərur rayon hakimiyyəti Mehdiyevin evində işığı söndürüb, özünü isə guya elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə məsuliyyətə cəlb edib. Məhkəmə hakimiyyətin haqlı olduğunu təsdiqləyərək onu 1000 manat cərimələyib. Bundan əlavə, bir aya yaxın jurnalistin işığı kəsilib.

Mehdiyevin təqib olunmasının əsl səbəbi isə onun Naxçıvana gələn alman jurnalist Mixael Lüdviqi müşayiət etməsidir. Yerli hakimiyyət ona mane olmağa cəhd göstərsə də, Mehdiyevin səyləri sayəsində alman jurnalist işini başa vura bilib.

Xatırladaq ki, ötən həftə “Sərhədsiz reportyorlar” təşkilatı noyabrın 19-da hücum nəticəsində vəfat etmiş publisist Rafiq Tağının ailəsinə də yardım göstərib.


Geri qayıt