Əsas Səhifə > Gündəm, Manşet > REKTORLARIN TƏLƏBƏ TƏQAÜDÜ KARTI KORRUPSİYASI
REKTORLARIN TƏLƏBƏ TƏQAÜDÜ KARTI KORRUPSİYASI30-03-2013, 11:02 |
TƏLƏBƏLƏRİN TƏQAÜDLƏRİNİN YUBANMASININ İLGİNC SƏBƏBLƏRİ VAR İMİŞ DİA.AZ: - Dünən məlum oldu ki, Azərbaycan Dillər Universitetində tələbələrə təqaüdlərin verilməsində ləngimələr yaranıb. Universitetin tələbəsi tərəfindən göndərilən məktubda deyilirdi ki, 4 aydır onlar təqaüdlərini ala bilmirlər: “Bəs buna cavabdeh kimdir? İndi biz nə edək və kimə şikayət edək? Banka gedirik, deyirlər ki, 5-10 günə veriləcək. Beləcə, 4 aydır ki, günü-günə satırlar. Biz də qərara gəlmişik ki, aprelin 9-dan 12-nə kimi universitetin əsas binasının qarşısında haqqımızı tələb etmək üçün dinc aksiya keçirək”. Universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova isə açıqlamasında bildirib ki, tələbələrə verilən təqaüdlərin gecikdirilməsi kartların dəyişilməsi ilə əlaqədardır. Onun sözlərinə görə, bu günə kimi əmək haqqı və təqaüdlər başqa bankdan alındığı halda, yanvarın 1-dən bu proses Beynəlxalq Banka keçirilib: “Bu texniki məsələdir. Tələbələrə zamanla yeni kartlar paylanır. Sadəcə, tələbələrin sayı çox olduğundan, mart ayında da qeyri-iş günlərinin sayının çoxluğundan proses bir az gecikib. Lakin burada söhbət 4 aydan getmir. Tələbələr dekabr ayına kimi təqaüdlərini alıblar. Bu ilin yanvar, fevral, mart aylarının təqaüdlərini isə növbəti həftədə alacaqlar. Bu gün universitetdə 6 minə yaxın tələbə var. Onların da hər birinə fərdi kartların hazırlanması vaxt aparıb. Artıq universitetin bütün dekanlıqlarına kartlar göndərilib ki, tələbələrə paylanılsın. Bu proses ayın sonuna kimi başa çatacaq. Gələn həftədən isə tələbələr 3 aylıq təqaüdlərini ala biləcəklər”. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə də açıqlamasında deyib ki, ölkə üzrə tələbələrə təqaüdlərin verilməsində heç bir problem yoxdur. Onun sözlərinə görə, əgər hansısa universitetdə problem yaranıbsa, bunun səbəbini universitetin özündən soruşmaq lazımdır: “Çünki təqaüdlərin verilməsinə universitetlər özləri nəzarət edirlər. Maliyyə Nazirliyi tərəfindən tələbə təqaüdlərinin verilməsi ilə bağlı pul ayrılır və universitetlərə verilir. Universitetlər özləri tələbələri təqaüdlərlə təmin edirlər”. Yəni bu açıqlamadan da aydın olur ki, TN nümayəndəsi məsuliyyətin onlarda yox, rektorlarda olduğunu bildirib. əslində TN nümayəndəsinin bu şəkildə məsuliyyətdən yayınması anlaşılandır. Çünki həqiqətən də işin içində iş var. Bu haqda isə az sonra. DİA.AZ bildirir ki, anoloji problemin dünən həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində də yaşandığı məlum olub. Belə ki, DİU-nun tələbələri iki aydır ki, təqaüdlərini ala bilmirlər. Bu barədə KİV-lərə universitetin tələbələri məlumat verib: "İki aydır ki, təqaüdümüzü ala bilmirik. Axırıncı dəfə təqüdümüzü yanvar ayında almışıq. Səbəbini soruşuruq gözləyin deyirlər”. Universitetin mühasibatı Sahibə xanım deyilənləri mətbuata təsdiqləyərək bildirib ki, həqiqətən də tələbələrin təqaüdü iki aydır ki, gecikdirilir: "Bu məndən asılı məsələ deyil. Fevral ayında onların smestri başa çatdı. Nəticələri bilinınədək bir az vaxt çəkdi. Əmrlər bu səbəbdən gec gəldi. Mən də təkəm. Hazırlayanadək bu qədər vaxt apardı. Hələ mən aparıb sənədləri evdə bayram günləri işləmişəm ki, tez olsun”. Universitetin mühasibi hər il fevral-mart aylarında belə vəziyyət yarandığını bunun smestrlərin nəticələri ilə bağlı olduğunu söylədi. Mühasib bildirdi ki, artıq sənədlər hazırlanıb, banlka göndərilib. Tələbələr aprel ayının 5-dən təqaüdlərini ala biləcəklər. Göründüyü kimi, iki ali məktəbdən şikayət olsa da, amma səbəblər tamam fərqlidir. Dillər Universitetində tələbələrin təqaüd kartları ilə təmin olunmadığı səbəb kimi göstərilir, İqtisad Universitetində isə mühasibatlığın işlərinin çoxluğu bəhanə kimi diqqətə çatdırılır. Amma məsələ tamam fərqlidir. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən təhsil nazirliyindəki mötəbər mənbələrin sözlərindən belə aydın olur ki, əslində səbəb sadədir: «Burada söhbət minlərlə tələbənin təqaüdlərinin müxtəlif bank əməliyyatlarına cəlb edilməsindən gedir ki, bu yolla rektorlar maliyyə nazirliyinə yaxın olan bir sıra işbaz çevrələrlə külli miqdarda gəlir əldə edirlər. Yəni yubanan pullardan faiz qazancları götürülür. Əslində məsələnin kökündə dayanan başlıca məqam bundan ibarətdir». Onu da bildirək ki, mənbəmiz təqaüd kartı korrupsiyası ilə bağlı, bu işdə kimlərin hansı fyunksiyasını həyata keçirməsilə əlaqədar redaksiyamıza ilginc faktları çatdırıb ki, həmin materialları gələn həftə diqqətinizhə təqdim edəcəyik. Bizi izləməyə peşman olmayacaqsınız. Şok faktları eşitməyə hazır olun və xəbərdar olun ki, müxtəlif ünvanlardan milyonları necə qazanırlar… Bütün tərəfləri mövzu ilə əlaqədar dinləməyə hazırıq… Geri qayıt |