Əsas Səhifə > Partiya > ÜMİD DÜNƏNKİ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİ TANIMADI

ÜMİD DÜNƏNKİ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİ TANIMADI


1-12-2011, 14:42
ÜMİD DÜNƏNKİ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİ TANIMADI

“SEÇKİ SAXTALAŞDIRILIB”

Ümid Partiyası ötən gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən DİA.AZ-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycanda 30 noyabr 2011-ci il tarixdə bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərdə Ümid Partiyasının 6 nəfər üzvi paytaxtın Nərimanov, Xəzər, eyni zamanda Zərdab, Ağsu rayonlarından sərbəst namizəd kimi iştirak edib. Partiya seçkilərdə seçici fəallığı olduqca aşağı olduğunu bəyan edib: “Bu seçkilər də növbəti dəfə şəffaf, azad keçməyən seçkilər kimi Azərbaycan tarixinə düşüb. Seçkiyə münasibətdə ictimai maraq təmin olunmayıb, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində aidiyyatı sturukturlar, konkret olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq tədbirlər görülməyib. Seçici fəallığı şişirdilib, gün ərzində seçkilər zamanı qanun pozuntuları ilə bağlı edilən müraciətlərə DSK-lar və MSK tərəfindən adekvat addımlar atılmayıb. Bülletenlər kütləvi şəkildə kəsilərək öncədən hazırlanıb, seçiciyə kimə səs verməsi ilə bağlı iş yerlərində və məntəqələrdə konkret istiqamət verilib, bir nəfərin seçki qutusuna topa bülleten atması halları baş verib. Yerli icra strukturları seçkiyə, komissiyaların işinə ciddi müdaxilələr edib və bir nəfərin bir neçə dəfə səs verməsi üçün “karusel” əməliyyatının keçirilməsini təşkil ediblər. Ən ciddi saxtakarlıq isə səslərin sayılması zamanı olub. Belə ki, qutular seçki bitməmişdən öncə və səsvermədə istifadə olunmamış bülletenlər ləğv olunmadan açılıb. Müşahidəçilər səslərin sayılması prosesinə buraxılmayıb, hüquqlarını tələb edənlər isə polis zorakılığına məruz qalaraq məntəqələrdən uzaqlaşdırılıblar. Səslərin sayılması prosesi səsverilən otaqlarda deyil, kənarda həyata keçirilib, yekun protokolların surətləri həmin şəxslərə verilməyib. Protokollar əsasən məntəqədə deyil, dairələrdə tərtib olunub.

Qeyd edək ki, Sumqayıt, Kürdəmir, Lerik və Naxçıvan MR-də seçki məntəqələrində müxalifəti təmsil edən heç bir nümayəndə iştirak etmir.

Ümid partiyası 30 noyabr 2011-ci il tarixdə keçirilən bələdiyyələrə təkrar, əlavə və yeni seçkiləri ədalətsiz, qeyri-demokratik hesab edir. Hakimiyyətin seçkilərə bu cür yanaşmasını bütövlükdə seçki prosesini sıradan çıxarmağa, ölkəni düzgün və demokratik idarəetmə sistemindən uzaqlaşdırılmasına xidmət etdiyini bəyan edir”.

Geri qayıt