Əsas Səhifə > Siyasət, Manşet > SDU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR

SDU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR


30-03-2013, 10:21
SDU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR
RÜŞVƏTSİZ TƏLƏBƏ HƏRƏKATI ADINDAN PREZİDENTƏ NƏLƏR ÇATDIRILDI?

DİA.AZ: - Sumqayıt Dövlət Universitetinin tələbələrinin yaratdığı Rüşvətsiz Təhsil Hərəkatının üzvləri prezident İlham Əliyevə, Daxili İşlər Naziri Ramil Usubova, Milli Təhülkəsizlik Naziri Eldar Mahmudova, Baş prokuror Zakir Qaralova şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir:

“Yazıb sizə bildiririk ki, bizim universitetdə rüşvətxorluq, korrupsiya baş alıb gedir. Biz bu universitetə qəbul olduğumuza peşman olmuşuq. İmtahan - pul, kurs işi - pul, “praktika” – pul... Pul verməyəni isə məcbur edib, müxtəlif üsullarla qorxutmaqla pul yığırlar. Adını “kredit”, “monitrinq” qoyub başımıza oyun açırlar burda.

Apellyasiya komissiyası prorektoruna şikayət etməyin xeyri yoxdur. Təhsil nazırliyinin “qaynar xətti”nə zəng vururuq, baxan yoxdur, deyirlər şəxsiyyət vəsiqənizin nömrəsini verin, adınızı deyin, elə bir şey eləsək, bizi burdan qovarlar. Hazırda praktikaya gedənlərdən 80- 100 manat, getməyənlərdən 150 manat istəyirlər.

İndi yaz məktəb praktikasina gəlməyənlər pulunu verib gediblər. Bu 4 ildə nə qədər pul verək? İndi də çağırıb, buraxılış işinə qol çəkdirib, deyirlər ki onsuz da özünüz yaza bilməzsiniz. 1000 manat verərsiniz, her şey bizlikdir. Keçən il 800 manatdan da verən oldu, indi qiyməti qaldırıblar 1000 manata.

Qrup jurnalına pul yığırlar. İmtahan vərəqlərinə pul yığırlar. Qəzetə 10 manatdan yığırlar, amma qəzet də vermirlər. Kurs işinə 80 manatdan aşağı düşmürlər.

Pul yığmaq tək imtahandan olmur. İmtahandan yığılan pulun hər tələbəyə görə 50 manatı rektora çatir. Hər buraxılış işindən 600 manat rektora çatır, qalan 300-400 manatı kafedra müdirinəvə digərlərinə qalır. Heç kim qorxusundan danışa bilmir.

Qəhrəmanov Nadir SDU-da rektor olandan sonra qardaşı Rəşidi Kimya kafedrasına, digər qardaşı Poladı isə riyaziyyat kafedrasına müdir qoyub . Gəlini Afaq İsmayılzadəni Universitetin üzvi kimya kafedrasına dosent götürüb. 10 ildir burada adı dosent gedir, amma işə gəlmir. Maaş alır. Özü isə rektorun Bakıdakı “AFAQ modeiər evi”nə rəhbərlik edir.

Rektor Qəhrəmanov Nadir qızı Könül və kürəkəni Ülvi Baxşəliyevi də burda işə götürüb. Gəlini kimi qızı və kürəkənini də universitetdə görən olmayıb. Gəlini və kürəkəni Polşa səfirliyində işləyiblər. Baxşəliyevi Prezidentin haqqında məlumat yaydıqdan sonra işdən çıxarıblar. İndi kürəkəni və qızı da SDU-dan maaş alsalar da, işə gəlmirlər.

Nadir Qəhrəmanov universitetin həyətini hasarlayıb, 30-dan çox şəxsə qaraj tikdirərək satıb”.

DİA.AZ olaraq bildiririk ki,Rüşvətsiz Təhsil Hərəkatının adından edilən çüraciətdə çox ilginc faktlar da yer alıb ki, onlarla bağlı redaksiyamız tərəfindən geniş araşdırmalar aparılır. Yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt