Əsas Səhifə > Güney Press, Reklam > "AZERCELL" VƏ PAŞABANK-DAN ORTAQ LAYİHƏ
"AZERCELL" VƏ PAŞABANK-DAN ORTAQ LAYİHƏ29-03-2013, 17:26 |
Ümumdünya Start-up Müsabiqəsinin qalibləri bəlli oldu Azercell-in və PaşaBank-ın dəstəyi ilə keçirilən yarışma gənclərə biznesini qurmaq imkanını verdi DİA.AZ: - Bu gün, 29 Mart 2013-cü il tarixində Bakıda Ümumdünya Start-up Müsabiqəsinin final mərhələsi baş tutub. Gənc sahibkarlara İKT sahəsində biznes layihələrini gerçəkləşdirmək imkanı verən bu layihənin 4 qalibi seçilib. Beynəlxalq Münsiflər Heyətinin dəyərləndirməsi nəticəsində Rəhman Məmmədlinin “NeWo” layihəsi 1-ci yerə layiq görülüb. Elvin Əfəndiyevin “Testoloq” layihəsi 2-ci yeri, Rüfət Balakişiyevin “Şəhər Bələdçisi” layihəsi 3-cü yeri və Azər Əliyevin “AziFus” layihəsi 4-cü yeri qazanıb. Müsabiqədə birinciliyi qazanan layihənin müəllifi 2014-cü ilin fevralında İsveçrənin Lozanna şəhərində keçiriləcək Qrand Final mərasiminə qatılaraq öz biznes ideyasını beynəlxalq hakimlər qarşısında təqdim edəcəklər. 2-ci yerə çıxan start-up İsveçrədə biznes təlimin iştirakçısı olmaq və layihəsini birbaşa investorlara təqdim etmək şansını əldə edib. Finalda 3 və 4-cü yerlərin sahibləri isə hər biri 2000 AZN məbləğində pul mükafatı qazanıblar. Ümumdünya Start-up Müsabiqəsi “Azercell Telekom” MMC, Barama İnnovasiya Mərkəzi, Paşa Bank və İsveçrənin “Seedstars” şirkətinin birgə dəstəyi ilə baş tutub. İl ərzində ümumilikdə dünyanın 20 ölkəsində ən yaxşı start-upların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək. Sonradan ölkələr üzrə qaliblər Qrand Finalda yarışacaq. Qeyd edək ki, yarışmanın Azərbaycan üzrə seçimləri bu ilin fevralından başlayıb. Azercell-in dəstəyi ilə ilk dəfə Azərbaycanlı gənclər də bu beynəlxalq yarışmada iştirak haqqını qazanıblar. Müsabiqəyə 90-dan artıq müraciət daxil olub. Onlardan 20-si son mərhələyə vəsiqə qazanıb. Martın 27-də Barama İnnovasiya Mərkəzinin ofisində final iştirakçıları üçün Avropalı mentorlar tərəfindən təlimlər, onların layihələrinə aid fərdi məşğələlər keçirilib. Azercell-in Barama İnnovasiya Mərkəzi gənclərə İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirməkdə yardım göstərir. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Geri qayıt |