Əsas Səhifə > Siyasət, Manşet > ZiYA MƏMMƏDOVDAN 50 MiLYONLUQ MAXiNASiYA

ZiYA MƏMMƏDOVDAN 50 MiLYONLUQ MAXiNASiYA


1-12-2011, 14:38
ZiYA MƏMMƏDOVDAN 50 MiLYONLUQ MAXiNASiYA

ZİYA BÜNYADOV PROSPEKTİNİ YENİDƏN QURULMASI ÜÇÜN AYRILAN PULLAR MƏNİMSƏNİLİB

DİA.AZ: - Paytaxtın Ziya Bünyadov prospektində - «Dərnəgül yolu» kimi tanınan şosedə bu ilin əvvəllərində qazıntı işlərinə başlanıldı. Bəlli oldu ki, Bakının ən böyük prospektlərindən biri olan Z.Bünyadov prospekti yenidən qurulur. Dövlət büdcəsindən bunun üçün ilkin olaraq 50 milyon manat ayrılmışdı. Yenidən qurulması nəzərdə tutulan yolun uzunluğu isə cəmi 9 kilometrə yaxındır.

Yəni dövlət bir kilometr yol üçün təxminən 6 milyon manat pul ayırıb. Lakin yolda nəinki təmir işlərinin böyük hissəsi görüləndən sonra, heç şosenin söküntüsü başa çatmamış 50 milyon manat qurtarıb. Həmin küçədə bir neçə gündür müşahidə aparan əməkdaşımız artıq Dərnəgül yolunda işlərin tamamilə dayanmasının şahidi olub. Bunun səbəblərini araşdırarkən aydın olub ki, tikinti işlərini davam etdirmək üçün vəsait yoxdur. 50 milyon pul «göyə sovrulub».

Bu məsələ ilə bağlı həmin tikintidə çalışan bir mənbə isə DİA.AZ-a maraqlı fakt söylədi: «50 milyon manatın böyük hissəsi maxinasiya qurbanı oldu. Belə ki, həmin vəsaitin guya yolun kənarındakı obyektlərin söküntüsünə sərf olunduğu rəsmiləşdirilir. Yəni hesabat hazırlayıblar ki, guya yol kənarındakı obyektlər çox idi və 50 milyonun təxminən 30 milyonu onların sahiblərinə kompensasiya ödəməyə sərf olunub. Lakin bu tamamilə yalandır. Həmin yolun kənarındakı obyektlərin əksərinin qanunsuz tikili olduğunu bildirib, onların sahiblərinə pul ödəməyiblər».


Geri qayıt