Əsas Səhifə > Hadisə > DEPUTATIN QOHUMUNUN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
DEPUTATIN QOHUMUNUN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ29-03-2013, 11:27 |
MİRƏLƏMOVUN MADDƏLƏRİ BƏLLİ OLDU DİA.AZ: - 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insidentlə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır. Bu barədə DİA.AZ-a baş prokurorluqdan məlumat verilib. Xəbərdə deyilir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış istintaqla qeyd edilən tarixdə “Makarov” markalı tapança ilə Ramal Bayramovun qəsdən öldürülməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd, Firdosi Bağırov və Zamin Bağırovun isə hədə-qorxu ilə əmlaklarının tələb olunması faktlarına görə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Rəşad Mirələmova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham elan edilməklə cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmçinin, qeyd edilən istirahət mərkəzində bir qrup şəxs tərəfindən xuliqanlıq, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilib, saxlanılması, daşınması və digər faktlar üzrə Firdosi Bağırov, Elnur Qasımov, Elmar Süleymanov, Səməd Mənsimov, Orxan Məlikov və Şahin Novruzovun Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3 (xuliqanlıq), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-2.1-ci (istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların saxlanılması, istifadəsi) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Geri qayıt |