Əsas Səhifə > Siyasət, Manşet > VƏHABİLƏR AZƏRBAYCANDA NƏYƏ HAZIRLAŞIR?
VƏHABİLƏR AZƏRBAYCANDA NƏYƏ HAZIRLAŞIR?29-03-2013, 09:14 |
SON GÜNLƏR TƏŞKİLATLANMA SÜRƏTLƏNİB: YENİ TƏLİMATLAR DA VERİLİB DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri ərəfəsində fəallıq edəcəyi heç şübhə doğurmayan qüvvələr sırasında özlərini sələfi və xavaric kimi iki ayrı adla təqdim edən vəhabi təriqətinin nümayəndələrinin də fəallaşacağı istisna deyil. Elə son günlər redaksiyamıza vəhabilərin adından daxil olan müxtəlif səpgili materiallar, həmçinin hədə dolu məktublar da belə deməyə əsas yaradır. DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatların birində isə maraqlı bir fakt açıqlanıb. Özünü vəhabi təriqətinin mənsubu kimi təqdim edən və adının Azər olduğunu söyləyən məktub müəllifi yazır ki, qarşıdan gələn seçkilərlə bağlı Azərbaycan vəhabiləri də təlimatlandırılmaqdadır: «Bizlərə ciddi şəkildə təşkilatlanma tapşırığı verilib. Soruşanda da deyirlər ki, seçki ilidir, hər şey baş verə bilər, hazır olmalıyıq». Daha sonra vəhabi təriqətinin üzvü yazır ki, bir dəfə cümə namazından sonra «qardaşdaşlardan» - vəhabi təriqətinin üzvlərindən ikisi öz aralarında danışırmışlar və həmin danışığın məzmunu təxminən aşağıdakı kimi olub: «Bir vəhabi digərinə deyib ki, «Azərbaycanda da müharibə başlayacaq. Ələ silah keçəcək bu il və bu seçki ilində qan töküləcək. Odur ki, hər şeyə hazır olmaq lazımdır ki, dəyişiklik olanda bu prosesdən kənarda qalmayaq» O biri vəhabi də eyni zamanda bu fikri təsdiqləməklə yanaşı, artıq təşkilatlanma, sıraların genişləndirilməsi, açığa çıxılması barədə təlimatın verildiyini də bildirib». Hər halda, vəhabilərin hansı qandan, hansı qadadan danışdıqları anlaşılan deyil. Amma anlaşılanı odur ki, onların rəhbərliyi bu seçki ilinin qarışıq keçəcəyi qənaətində olduğundan öz tərəfdarlarını tədarük halına gətirir. Geri qayıt |