Əsas Səhifə > Gündəm, Manşet > FERMERİN HAQQINI TAPDAYANLAR CƏZASIZ QALIBLAR
FERMERİN HAQQINI TAPDAYANLAR CƏZASIZ QALIBLAR29-03-2013, 08:40 |
MASALLI SAKİNİ YARDIM ÜÇÜN İKİNCİ DƏFƏ PREZİDENTƏ MÜRACİƏT ETDİ DİA.AZ: - Masallı rayon Köhnə Alvadı kənd sakini Aslan Şiriyev prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, ölkənin Birinci Xanımı, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Xanım Əliyevaya ikinci dəfə ünvanladığı müraciətinin bir nüsxəsini də DİA.AZ-a göndərib. Redaksiyamızın electron poçtuna daxil olan həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik: “Çox hörmətli Prezident və çox hörmətli Birinci Xanım! Bu mənim Sizə ikinci müraciətimdir. Bir daha diqqətinizə çatdırıram ki, mən Masallı rayon Köhnə Alvadı kəndində yaşayan, uzun illərdir sahibkarlıqla məşğul olan Aslan İbrahim oğlu Şiriyev ciddi problemlə üzləşmişəm. Belə ki, 14 aprel 2003-cü il tarixdə Masallı rayonu Köhnə Alvadı kəndində yaşayan “ Məhsul” şirkətinin direktoru Əskərov Yusif Qubad oğlundan Bakı-Astara şossesinin sağ tərəfində yerləşən “Məhsul ” şirkətinin inşa etdiyi tikililəri (fermaları) alqı - satqı müqaviləsi bağlamaqla nəqd yolla almışam. Həmin vaxtdan bəri orada xırda buynuzlu heyvan saxlayıram. Nəzərinizə çatdırım ki, bu torpaq sahəsi Təzə Alvadı bələdiyyəsinə məxsusdur və onlarla firmamız arasında torpaq sahəsində istifadəyə dair müqavilə bağlanılıb. Və bunun müqabilində hər il bələdiyyənin hesabına 300 manat rüsum ödəyirəm. Həmin torpaq sahəsində aldığım bina, anbar, göl, yem tədarükü üçün yer mövcuddur. Eyni zamanda, 2 hektar torpaq sahəsindən örüş kimi istifadə olunur. Bildirim ki, Təzə Alvadı bələdiyyəsi mənə icarəyə verdiyi torpaq sahəsinin 1 hektarını «Aqrolizinq» üçün bina tikmək məqsədi ilə ayrıb. Bu mənim sahibkarlıq fəaliyyətimə maneçilik törətməkdədir. Halbuki həmin sahədə 220 başdan yuxarı xırda buynuzu heyvan saxlayıram. Yaranmış vəziyyət mənim sahibkarlıq fəaliyyətimə manne olduğu üçün Masallı rayon rəhbərliyinə müraciət edərək, onlardan yardım istəmişəm. Lakin bu müraciətlərimin heç birinə əhəmiyyət verilməyib. Bu azmış kimi, rayon rəhbərliyi yerin boşaldılmasını və fermanın sökülməsini tələb edirlər. Cənab Prezident! Çox hörmətli Mehriban Xanım! Azərbaycanda bu gün sahibkarlar Sizin himayənizdə olduqlarından daha geniş fəaliyyət göstərməyə çalışır. Dövlətimiz sahibkarlığı inkişaf etdirmək üçün hər il milyonlarla manat vəsait ayırır. Belə bir vəziyyətdə Masallı rəhbərliyinin atdığı addım qəti anlaşılan deyil. Bu səbəbdən də Sizdən rica edirəm ki, üzləşdiyim problemin həllinə mənə yardımçı olasınız. Əminəm ki, Siz üzləşdiyim problemin həllinə yardımçı olacaqsınız”. Geri qayıt |