Əsas Səhifə > Partiya > SÜLHƏDDİN ƏKBƏR ÖZ KRİMİNALİSTLƏRİMİZƏ İNANMIR
SÜLHƏDDİN ƏKBƏR ÖZ KRİMİNALİSTLƏRİMİZƏ İNANMIR1-12-2011, 12:26 |
“XARİCDƏN MÜTƏXƏSSİS GƏTİRİLMƏLİDİR” “Yazıçı publisist Rafiq Tağnın ölümündə İranın xüsusi xidmət orqanlarının işi olmasına dair ehtimallarla bağlı fikir söyləmək üçün əldə məhkəmə səviyyəsində sübut oluna biləcək dəlillər, faktlar lazımdır”. Bunu milaz.info portalına açıqlamasında Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər bildirib. “Bunu ancaq peşəkar səviyyədə aparılan istintaq müəyyən edə bilər. Amma eyni zamanda bəllidir ki, Rafiq Tağı 2006-cı ildə yazdığı “Avropa və biz” məqaləsinə görə İranın iki ayətullahı onun qətli ilə bağlı fitva vermişdi. Ölümündən sonra da İrandan bu ölümün gerçəkləşdirilməsinin müsbət qarşılanması haqqında bəyanat verildi. Bu təbii ki istintaq orqanlarına imkan verir ki, məhz bu istiqamətdə başlıca versiya olaraq istintaq aparılsın”, - deyə o bildirib. R.Tağının qətlə yetirilməsi ilə bağlı istintaqın sona qədər aparılaraq cinayətkarın tapılacağına ümid etmədiyini bildirən S.Əkbərin fikrincə, Azərbaycanda xarici dövlətlərin, xüsusilə də Rusiya və İranın xüsusi xidmət orqanlarının törətdiyi cinayətlərin heç biri bu günə qədər açılmayıb. S.Əkbərin sözlərinə görə, əgər xarici xüsusi xidmət orqanları Rafiq Tağının ölümü ilə bağlı inkar olunmaz faktlar ortaya qoyarsa Azərbaycan tərəfi pis vəziyyətdə qala bilər: “Mənə elə gəlir ki, Azərbaycan ictimaiyyəti, eyni zamanda Rafiq Tağının ailəsi tələb etməlidir ki, bu istintaq prosesinə xarici xüsusi xidmət orqanları cəlb olunsun. Türkiyə, ABŞ və Avropa Birliyi ölkələrinin xüsusi xidmət orqanları bu araşdırmada iştirak etməlidir”. Geri qayıt |