Əsas Səhifə > Ölkə, Manşet > ADMİNİSTRASİYA DAXİLİNDƏ QEYRİ-MÜƏYYƏNLİK

ADMİNİSTRASİYA DAXİLİNDƏ QEYRİ-MÜƏYYƏNLİK


28-03-2013, 14:08
ADMİNİSTRASİYA DAXİLİNDƏ QEYRİ-MÜƏYYƏNLİK
HƏLƏ DƏ YENİ MÜAVİNLƏR SƏLAHİYYƏTSİZDİR

DİA.AZ: - «Son günlər bir sıra hakimiyyətiçi qruplaşmalar Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin revanşını sükutla müşahidə edirlər». Bu fikirlər DİA.AZ-ın elektron ünvanına göndərilən bir məlumatda vurğulanıb. Mənbə iddia edir ki, PA şefinin yenidən nəzarət mexanizmini gücləndirmə təşəbbüsləri demək olar ki, müqavimətsiz qarşılanmaqdadır ki, bu da artıq hər şeyin ən üst səviyyədə qəbul edilməsi anlamını daşıyır.

Mənbənin iddia etdikləri: «Hətta bu gün Əli Əsədov, Zeynal Nağdəliyev kimi fiqurlar belə Ramiz Mehdiyevin revanş xarakterli gedişlərinə qarşı heç bir addım atmırlar. Yenə də proseslər əvvəlki dairələrin nəzarətindədir və görünür ki, bu seçki ili də ənənəvi qaydada, ənənəvi qüvvələrin nəzarəti altında yola veriləcək».

Məlumatı verən mənbə bir maraqlı məqamı da açıqlayıb: «Amma burada bir diqqətçəkən məqam da ondan ibarətdir ki, hələ də PA-da yeni müavinlərin səlahiyyətləri ilə bağlı heç bir konkretləşmə aparılmayıb. Yəni bununla əlaqədar əsasnaməyə müvaiq dəyişiklik edilməyib».

Geri qayıt