Əsas Səhifə > Hadisə > ALI QOCAYEVİN İMZALADIĞI SƏNƏD QÜVVƏDƏN SALINDI
ALI QOCAYEVİN İMZALADIĞI SƏNƏD QÜVVƏDƏN SALINDI28-03-2013, 11:34 |
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Binəqədi Rayon icra Hakimiyyətinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə başa çatıb. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunub. Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Qeyd edək ki, ARDNŞ icra hakimiyyəti tərəfindən Ağayeva Yaqut Bayram qızına məxsus torpaqla bağlı verilən qərarın etibarsız hesab olunması tələbi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. DİA.AZ bildirir ki, Ağayeva Yaqut Bayram qızına məxsus torpaqla bağlı sənədə Binəqədi rayon icra başçısı kimi hazırda Samuxa rəhbərlik edən Alı Qocayev imza atmışdı. Geri qayıt |