Əsas Səhifə > Hadisə > GÜLƏR ƏHMƏDOVANIN OĞLU HOSPİTALDA TUTULACAQ
GÜLƏR ƏHMƏDOVANIN OĞLU HOSPİTALDA TUTULACAQ28-03-2013, 11:15 |
BU GÜN ƏMƏLİYYATDIR Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın hərbi xidmətdə qolu sınan oğlu Toğrul Əhmədov Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hospitalında cərrahiyyə əməliyyatı olacaq. Bu barədə Moderator.az-a sabiq deputatın həyat yoldaşı Fikrət Əhmədov məlumat verib. Onun sözlərinə görə, həkimlər bu barədə qərarı iki gün əvvəl verib. Atası bildirib ki, Toğrul hələ bir müddət hospitalda qalmalı olacaq. Xatırladaq ki, Yevlaxdakı hərbi hissələrin birində xidmət keçən Toğrul Əhmədovun döyülərək qolunun sındırıldığı deyilsə də sonradan bu xəbər onun ailəsi tərəfindən təkzib edilib. Geri qayıt |