Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVİ HANSI NAZİR DEVİRMƏK İSTƏYİR?
RAMİZ MEHDİYEVİ HANSI NAZİR DEVİRMƏK İSTƏYİR?28-03-2013, 08:50 |
BU PLAN ÜZƏRİNDƏ İŞLƏYƏN FHN ŞEFİ DAHA HANSI HƏDƏFLƏRƏ MALİKDİR? DİA.AZ: - Redaksiyamıza hakimiyyət daxilində gedən bir sıra oyunlarla bağlı ilginc informasiyalar daxil olub. Bildirək ki, dünən bu kimi xəbərlər bəzi KİV-lərdə də yer alıb. Amma oxucuların marağına səbəb olacağını nəzərə aldığımızdan DİA.AZ-ın elektron piçtuna göndərilən və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun gələcək planlarından bəhs edən materialı diqqətinizə təqdim edirik: “Kəmaləddin Heydərovun yeni planları barədə ilginc məlumatlar dolaşır. Bir azdan qısa da olsa, bu haqda danışacağıq. Ancaq maraqlı bir məqam var: bəs, Kəmaləddin Heydərovun yerini möhkəmlədən nədir?! Yaşlı nəsil yaxşı xatırlayar ki, təxminən 30-35 il öncə Azərbaycanın bir parçası olan Naxçıvanda ictimai-siyasi bir hadisə baş verdi. Orada kürd mədəniyyət mərkəzi təsis olundu. Və elə həmin vaxt qardaş Türkiyədə kürd separatizmi baş qaldırmışdı. Bu paralelin nə qədər dərin və köklü mənalar daşıdığı üzərində dayanmaq fikrimiz yoxdur. Kürd mərkəzinin yaradılmasında müstəsna xidmətləri olan və təsis konfransını bilavasitə idarə edən, kürd mədəniyyəti və tarixi haqda geniş məruzə ilə çıxış edən ata Fəttah Heydərov idi və indi onun Respublika Ağsaqqallar Şurasının sədri postuna yiyələnməsi faktı da təsadüfi revanş deyil. Böyük bir qrupun narazılığına baxmayaraq Fəttah Heydərov sədr oldu. Çünki ölkə başçısının xeyir-duası öz rolunu oynamışdı. Göründüyü kimi, fövqəlnazirin imkanları yenə də möhkəm və geriyə dönməzdir. Sürətlə irəliləyir. Buna görə də, digər planlarını reallaşdırmağa can atır. Xüsusilə birinci şəxsə yaxınlığı və belə demək mümkünsə, onunla sıx dostluğu fövqəlnazirin növbəti iki planını gerçəkləşdirməyə şirnikləşdirir. O, indi müdafiə naziri olmaq və Naxçıvan klanının başçısı Ramiz Mehdiyevi devirməklə «bu yüksəkliyi» - klan sahibliyini tabeliyinə keçirmək üzərində ciddi cəhdlə çalışır. Məlumatlara görə, bu iki məqsəd Kəmaləddin Heydərov üçün hazırda ən öndə duran strategiyadır”. Geri qayıt |