Əsas Səhifə > Güney Press / Manşet > RƏHİM QAZIYEVİ NƏDƏN HƏBSDƏ ÇOX SAXLAMADILAR?
RƏHİM QAZIYEVİ NƏDƏN HƏBSDƏ ÇOX SAXLAMADILAR?27-03-2013, 17:15 |
![]() DİA.AZ: - Bu gün iqtidaryönlü В«SəsВ» qəzetinin internet portalında keçmiş müdafiə naziri Rəhim Qazıyevlə Təhmasib Novruzov arasındakı debat montaj olunmamış formada yayıldı. Həmin materialın hansı məqsədlə yayıldığı aydındır. Bir müddət əvvəl prezidentə açıq məktub yazan sabiq nazirin hakimiyyətə qarşı sərt çıxışları onu iqtidar mətbuatının hədəfinə çevirib. Onu da qeyd edək ki, Rəhim Qazıyev bir neçə gün əvvəl qara maskalılar tərəfindən həbs də edilmişdi və bu barədə DİA.AZ-a olduqca ilginc məlumat ötürülüb. Bilgili qaynaqların redaksiyamıza verdiyi xəbərlərdən aydın olur ki, sən demə, Rəhim Qazıyevin həbsi qabaqcadan planlaşdırılsa da, onun həbsinə verilən reaksiya keçmiş nazirin azadlığa çıxması ilə nəticələnib. Mənbənin iddia etdikləri: В«Rəhim Qazıyev bu olaydan sonra hətta barəsində ağır ifadələr işlədən deputat Siyavuş Novruzovla da polemikaya girməkdən çəkindi. Yəni məsələ buradan da aydın ola bilərВ». Mənbəmizə görə, Rəhim Qazıyev rəsmi Bakıya kənardan edilən bir operativ müraciətlə azadlığa buraxılıb: В«Məlumdur ki, illər uzunu adı Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda hallandırılan Rəhim Qaızyev hər zaman Moskvanın himayəsi altında olub. Onun dərhal azadlığa buraxılması da məhz bu əlaqələrinin nəticəsində Bakıya edilən zənglə mümkünləşibВ». Onu da bildirək ki, redaksiyamız bu iddia ilə əlaqədar keçmiş nazirin də münasibətini öyrənib, diqqətinizə çatdıracaq. Bizi izləməkdə davam edin… Geri qayıt |