Əsas Səhifə > Güney Press / Manşet > SURAXANIDA AYAQYOLUDAN DA HAQQ ALIRMIŞLAR
SURAXANIDA AYAQYOLUDAN DA HAQQ ALIRMIŞLAR27-03-2013, 15:59 |
|
DİA.AZ: - “Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yolun ortasında ayaqyolu tikilib. Bu ayaqyolu küçənin qarşı tərəfindəki kirayənişinlər üçündür. Şəxsi həyətində kirayəlik ev tikmiş sakin kirayənişinlərə həyətdən istifadəni rəva bilmədiyi üçün onların yönünü, necə deyərlər, bütün istiqamətlərdə üzü küçəyə tutub”. Bu ifadələr DİA.AZ-a daxil olmuş şikayət məktubundandır. Şikayətçi düşən Suraxanı sakinləri bildirir: “Bu insanlar ayaqqabılarını da yolun ortasında çıxarır, paltarlarını da yolun ortasında sərir, lap dəhşətlisi – ayaqyoluna da yolun ortasında gedirlər. Günün bütün saatlarında qonşular bu insanların ayaqyoluna necə girib-çıxmalarının qeyri-ixtiyari şahidi olur. ![]() Təəccüblüsü odur ki, bu abırsızlıq, mədəniyyətsizlik yerli icra strukturlarının gözü qarşısında baş verir. Məlum məsələdi, sahə müvəkkili də, bələdiyyə də “haqqını” alıb deyə, biabırçılığa göz yumur. Görünür onlar aldıqları “paydan” Suraxanı rayonu İcra Hakimiyyətinə də ötürüblər ki, icra hakimiyyəti də 21-ci əsrdə cərəyan edən bu ayaqyolu “mədəniyyəti”ni görməzdən gəlir. Heç qaçqın və məcburi köçkünlərin paytaxta ilk gəlişi zamanı belə biabırçılıq yaşanmamışdı. Ev sahibinin həyət sahəsi qıtlığı olsaydı, bəlkə də bunu nəyləsə əsaslandırmaq olardı. Amma kirayəlik otaq tikənin yolda boy göstərən o ayaqyolunu həyətində “inşa” etmək imkanı olduğu halda qadını, qızı, kişini yolun ortasında ayaqyoluna getmək məcburiyyətində qoyub. Gör dünyanın harasıdı ki, bu insanlar da ilin-günün bu vaxtı belə abırsızlığa razı olurlar”. Geri qayıt |