Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCAN METALLURQLARININ MİLYONLUQ DAVASI

AZƏRBAYCAN METALLURQLARININ MİLYONLUQ DAVASI


27-03-2013, 15:14
AZƏRBAYCAN METALLURQLARININ MİLYONLUQ DAVASI
DİA.AZ: - Azərbaycanda metal biznesi ilə məşğul olan biznesmenlər arasında 1,5 (bir milyon beş yüz min) manatlıq mübahisə düşüb. Mübahisə elə səviyyəyə çatıb ki, artıq tərəflər problemi məhkəmələr vasitəsi ilə çözməyə çalışırlar. Hazırda biznesmenlər arasındakı məhkəmə çəkişməsi kəskin şəkildə davam edir. DİA.AZ bildirir ki, bu barədə mia.az xəbər yayıb.

Daxil olan məlumata görə, “Bakı Ovuntu Metallurgiya” MMC ilə “Bakı Ovuntu Metallurgiya” ASC və “Tekno-Al” MMC arasındakı milyon yarımlıq narazılıq bir neçə il əvvəl yaransa da, tərəflər ötən ildən etibarən məhkəməyə cəlb olunublar: В«“Bakı Ovuntu Metallurgiya” MMC “Bakı Ovuntu Metallurgiya” ASC və “Tekno-Al” MMC-yə qarşı iddia qaldıraraq, cavabdehlərin vurduğu 1,5 milyon manat zərərlə bəravər, aralarında bağlanmış müqavilənin də etibarsız hesab olunmasını tələb edib. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MMC-nin ASC və onunla birlikdə cavabdeh qismində məhkəməyə cəlb etdiyi “Tekno-Al” MMC-yə qarşı qaldırdığı iddia üzrə çıxardığı qərardad problemi yoluna qoya bilməyib. Tam əksinə, hər iki tərəf çıxarılan qərardaddan narazı qalıb. Bu səbəbdən qərardadın ləğv olunması məqsədiylə apellyasiya şikayəti verilib. Bu ilin mart ayının 11-də isə Bakı Apellyasiya Məhkəməsi şikayət üzrə qərarını açıqlayıbВ».

Məlumata görə, Bakı Apelllyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrliyi ilə keçirilən iclasda hakim 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərardadını ləğv edib: В«Hakim Cahangir Yusifov iddiaçı “Bakı Ovuntu Metallurgiya” MMC-nin cavabdehlər - “Bakı Ovuntu Metallurgiya” ASC və “Tekno-Al” MMC qarşı bağlanmış müqavilənin etibarsız hesab edilməsi və cavabdehlərdən iddiaçının xeyrinə 1.500.000 manat zərərin tutulması və sairədən bəhs edən şikayətini yenidən araşdırmaq üçün birinci instansiya məhkəməsinə geri qaytardı. Yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərardadını ləğv elədiВ».

Məlumatda bildirilir ki, aprel ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə metal biznesmenlərinin məhkəməsinə start veriləcək.

Yazıda adları çəkilən şirkətlərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.

Geri qayıt