Əsas Səhifə > Cəmiyyət, Manşet > DİA.AZ-A RUSİYADAN HƏDƏLƏR GƏLMƏYƏ BAŞLAYIB

DİA.AZ-A RUSİYADAN HƏDƏLƏR GƏLMƏYƏ BAŞLAYIB


27-03-2013, 14:27
DİA.AZ-A RUSİYADAN HƏDƏLƏR GƏLMƏYƏ BAŞLAYIB
RUS QUCAĞINDA OTURAN BÖLÜCÜLƏR FƏALLAŞIB

DİA.AZ: - Bu gün Azərbaycana düşmən olan qüvvələr seçkiqabağı şəraitdən istifadə edərək ölkəmizi qarışdırmaq istəyirlər ki, belə bir niyyət aşkar şəkildə sezilməkdədir. Bir yandan İranın xüsusi xidmət orqanlarının Azərbaycanla bağlı planları, digər yandan da Kremlin rəsmi Bakıya təzyiqlər üçün əl ata biləcəyi addımlar belə deməyə əsas yaradır ki, 2013-cü il heç də sakitliklə keçməyəcək.

DİA.AZ bildirir ki, sözügedən qüvvələrin Azərbğaycana qarşı istifadə etdiyi başlıca silahlardan biri də məhz etnik zəmində separatizm meyllərinin qızışdırılmasıdır. Son günlər bu qəbildən olan bir sıra hadisələrin baş verməsi də artıq rus kəşfiyyatı ilə iran xəfiyyəsinin hərəkətdə olmasından xəbər verməkdədir.

DİA.AZ olaraq bizlər də buk imi mövzulara hər zaman həssaslıq nümayiş etdirmişik və separatizmə, hər cür bölücülüyə qarşı sərt mövqe ortaya qoymuşuq. Elə buna görədir ki, artıq Rusiyadan redaksiyamıza hədələr yağdırılmağa başlayıb.

Artıq bir neçə gündür müxtəlif ünvanlardan redaksiyamıza təhqir, söyüş dolu hədələr göndərilir və təbii ki, biz də həmin şəxslərin layiqli cavabını veririk. Amma məsələnin ciddi şəkil alması ona əsas yaradır ki, artıq proseslərə Azərbaycan dövləti müdaxilə etməlidir. Çünki söhbət konkret olaraq Azərbaycanda bölücülük niyyətlərini həyata keçirmək istəyən düşmən qüvvələrdən gedir.

Onlardan birinin telefon nömrəsi isə redaksiyamız tərəfindən qeydə alınıb. 00 7 916 145 05 82 telefon nömrəsindən də DİA.AZ-a etnik separatçıları müdafiə edən bir ismarıc göndərilib ki, bu hadisə ilə bağlı redaksiyamız həm öz araşdırmasına başlayıb və həm də hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir.

Hər halda, bu gün rus, fars qucağında oturub Azərbaycanın çörəyini, suyunu dada-dada Azərbaycana qarşı fəaliyyətdə bir alət kimi istifadə olunanlar bilməlidirlər ki, kimlərinsə oyununa gedib, özlərini hədəfə çevirməkdənsə bu dövlətin şərəfli vətəndaşı kimi yaşamaları daha doğru seçimdir. Və bu seçim haqqı onlarda var…

Geri qayıt