Əsas Səhifə > Siyasət, Manşet > GƏNCLƏRDƏN PREZİDENTƏ SAVAŞ ÇAĞRIŞI

GƏNCLƏRDƏN PREZİDENTƏ SAVAŞ ÇAĞRIŞI


27-03-2013, 11:38
GƏNCLƏRDƏN PREZİDENTƏ SAVAŞ ÇAĞRIŞI
İLHAM ƏLİYEVƏ MÜHARİBƏNİN BAŞLANMASI ÜÇÜN ÇAĞIRIŞ EDİLDİ

DİA.AZ: - «Son günlər cəbhə xəttindən gələn həyəcanlı xəbərlər və ümumiyyətlə, ordumuz ətrafında cərəyan edən olaylar cəmiyyətin bütün təbəqələri, xüsusən, gənclər tərəfindən həssaslıqla izlənilməkdədir». Bu sözlər DİA.AZ-a Azərbaycan Gənclərinin Böyük Cəbhəsi adından göndərilən müraciətdə yer alıb.

Müraciət müəllifləri redaksiyamıza göndərdikləri mətndə bildirirlər ki, onlar prezident İlham Əliyevin «Azərbaycanın Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinə səbri tükənibdir» çağırışlarını dəstəkləyirlər. Gənclər prezidentə müraciətdə deyir: «Cənab prezident! Biz gənclər bu gün torpaqlarımızın işğaldan azad edilməsi üçün yeganə yol kimi müharibəni görürük. Artıq danışıqların səmərəsizliyi bütün mənalarda sübuta yetirilib. ATƏT-in Minsk Qrupu bu münaqişənin həllini üstələnsə də, bu qrupda təmsil olunan dövlətlərin Qarabağ probleminin həllinə münasibəti ortaya aydın bir nəticəni çıxarır.

Rusiya kimin yanındadır - bu aydın məsələdir. «Kreml heç bir zaman Qarabağ probleminin həllinə yol verməyəcək» kimi açıq-aşkar açıqlamaları ilə meydan sulayan rusların ATƏT-in Minsk Qrupu çərçivəsində səmimi barış missioneri olacağı heç bir halda inandırıcı deyil.

Fransa barədə isə danışılması yersizdir. Ən böyük erməni lobbisinin qərarlaşdığı Fransada türkə və müsəlmana hansı həddə nifrətin bəsləndiyini bütün dünya bilir.

ABŞ isə özünün maraqları fonunda ləngər vuran bir dövlət kimi hansısa müstəvidə Azərbaycana güzəştin ediləcəyinə göz yuma bilməz. Çünki Qarabağ münaqişəsi Rusiya kimi, ABŞ-ın da əlində ölkəmizə qarşı bir təzyiq vasitəsidir.

Bu gün Qarabağın işğaldan azad olunmasını Azərbaycandan başqa heç bir dövlət özünün strateji marağı hesab etmir və bu da təbiidir. Yəni yeganə güvəncimiz özümüzük.

Cənab prezident! Sizdən xahiş və tələb edirik! Artıq dövlətimizin qüdrətini görürük və inarırıq ki, Azərbaycan ordusu Qarabağı işğaldan azad etməyə qadirdir. Buna görə də əsas tələbimiz bir ali baş komandan olaraq müharibəni elan etməyinizlə bağlıdır.

Bu qərarı inanın ki, bütün gənclər alqışlayacaq. Və hərbi səfərbərlik elan olunan anda gənclərin necə həyəcanla savaşa qatılma sırasında olduğunu hər kəs görəcək».

Geri qayıt