Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV PA DAXİLİNDƏ YENİ SİYASƏT YÜRÜDÜR
RAMİZ MEHDİYEV PA DAXİLİNDƏ YENİ SİYASƏT YÜRÜDÜR27-03-2013, 10:49 |
PA ŞEFİNİN ADAMLARI HƏRƏKƏTƏ KEÇİB: RƏQİBLƏRLƏ BAĞLI FAKT YIĞILIR DİA.AZ: - Redaksiyamıza Prezident Administrasiyası daxilində son günlər baş verən olaylar barədə ilginc məlumatlar daxil olub. Özünü PA-nın əməkdaşı kimi qələmə verən anonim mənbədən DİA.AZ-a çatdırılan xəbərlərdən aydın olur ki, PA şefi Ramiz Mehdiyev mövqelərinin möhkəmləndirilməsi üçün ilk növbədə rəhbəri olduğu administrasiyada nəzarəti ələ almağa çalışır və bu məqsədlə böyük hərəkətlənmə planının icrasına start verib. Mənbənin bildirdiklərindən belə aydın olur ki, Ramiz Mehdiyevin başlıca məramı həm dövlət başçısında və həm də hakimiyyətin bütün qollarında «Ramiz Mehdiyevsiz seçkilərin keçirilməsi qeyri-mümkündür» qənaətini formalaşdırmaqdan ibarətdir. Mənbə iddia edir ki, hətta PA şefinin sonuncu müsahibəsi də bu mərama xidmət edib: «Həmin müsahibə Prezident Administrasiyasında Ramiz Mehdiyevin bir nömrəli adamı hesab olunan Əli Həsənov və onun şöbəsi tərəfindən hazırlanıb və burada başlıca məqam Ramiz Mehdiyevin böyük güc olduğunu sübuta yetirməkdən ibarətdir». Mənbə PA daxilində gedən oyunlarla bağlı da çox maraqlı bilgilərini bölüşüb: «Ramiz Mehdiyevin kürsüsü laxlasa da, son günlər PA şefi revanş mövqeyindədir və rəsmən hücuma keçib. Əsas silahdaşları olan Əli Həsənova və Süleyman İsmayılova administrasiyasını daxildən nəzarətə götürmək tapşırığını verib. Əli Həsənovun rəhbərlik etdiyi şöbənin əməkdaşları digər şöbələrlə əlaqələri genişləndirmə tapşırığı alıblar. Burada başlıca məqsəd bir yandan Ramiz Mehdiyevin güc olması barədə qənaəti formalaşdırmaqdan ibarətdirsə, digər məqsəd də daxildə olan söhbətləri PA rəhbərliyinə çatdırılmasıdır». Mənbə iddia edir ki, hətta nahar vaxtı da Əli Həsənovun şöbəsinin işçiləri sakit dayanmırlar və onlar «təbliğat kampaniyalarını» davam etdirirlər: «Virtual sosial şəbəkələrin də nəzarətə alınması tapşırığı verilib. Bu gün Əli Həsənovun nəzarəti altında internetlə bağlı böyük bir qüvvə fəaliyyət göstərir. Eyni zamanda isə PA-da Ramiz Mehdiyevə əks cinahda dayanan rəhbər işçilərlə bağlı, onların yaxınları, yaxın qohumları ilə bağlı kompromat xarakterli materialların toplanması və bu kimi faktların Mehdiyevə yandaş olan mətbuatda işıqlandırılması tapşırığı da verilib». Mənbə onu da əlavə edib ki, burada əsas məqsəd prezidentin yeni siyasi xəttinin qarşısının alınması ilə yanaşı, prezidentə yaxın olan məmurların nüfuzdan salınması siyasətidir. Geri qayıt |