Əsas Səhifə > Siyasət, Manşet > PKK BAZALARINDAN BİRİ AZƏRBAYCANA KÖÇÜRÜLÜR

PKK BAZALARINDAN BİRİ AZƏRBAYCANA KÖÇÜRÜLÜR


27-03-2013, 09:14
PKK BAZALARINDAN BİRİ AZƏRBAYCANA KÖÇÜRÜLÜR
ŞOK: TERRORÇU KÜRDLƏR BAKIDAN DƏSTƏK ALDIQLARINI İDDİA EDİRLƏR

DİA.AZ: - Son günlər qardaş Türkiyənin PKK probleminin həlli istiqamətində böyük çabalar sərf etdiyi göz qabağındadır. Hətta vəziyyət o həddə çatdırıldı ki, Türkiyə dövləti 30 min dinc vətəndaşının qatili olan bölücü kürdlərin lideri Abdullah Öcalanı bir tərəf müqabili seçərək onunla gizli anlaşmaya belə getməli oldular.

Elə terrorçubaşı Öcalanın Novruz törənlərində tərəfdaşlarına ünvanladığı açıqlamada silahların yerə qoyulmasına çağırış etməsi də Ankara-PKK anlaşmasının təzahürü kimi qəbul edildi. DİA.AZ-ın Türkiyə KİV-lərindən əldə etdiyi informasiyalardan aydın olur ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə ərazisindəki PKK-lıların qardaş ölkədən çıxarılması üçün danışıqlar aparır və belə bir məsələ Şimali İraqın kürd rəhbərliyi ilə aparılan müzakirələrdə də önə çıxarıldı. Amma aydın oldu ki, kürdlər heç də Ankaranın şərtlərini tam olaraq qəbul etmirlər.

Təfərrüatlara gəlincə, bu məsələdə rəsmi Ankaranın istəyi ölkə ərazisindəki bütün PKK quldurlarının Şimali İraq ərazisinə göndərilməsidir. Amma Şimali İraqın kürd rəhbərliyi buna qarşı çıxaraq Ərdoğanla görüşdə fərqli bir mövqe ortaya qoydu. Onlar İrandan olan PKK-lıların İrana, Suriyadan olan PKK-lıların Suriyaya, İraqdan olan PKK-lıların isə İraqa köçürülməsini təklif etdilər və hətta Türkiyə vətəndaşı olan PKK-lıların əfvi ilə yanaşı, onlara Türkiyə içində yaşamaları üçün şərait yaratmalarını da istədilər.

Təbii ki, belə bir anlaşma rəsmi Ankaranı razı sala bilməzdi və bu səbəbdən Şimali İraqın kürd rəhbərliyi ilə aparılan danışıqlar demək olar ki, uğursuz nəticələnib.

Bu arada qardaş ölkə mətbuatında maraqlı bilgilər də sızdırılıb. Aydın olur ki, Türkiyə ərazisindən çıxarılacaq PKK-ya aid bazalardan birinin Azərbaycan ərazisində yerləşdirilməsi niyyəti də var. Konkret olaraq Azərbaycanın hansı hissəsinə köç ediləcəyi söylənilməsə də, DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, bu təklif PKK-ya yaxın dairələr tərəfindən edilib. Hətta əsas kimi də gətirilib ki, PKK-nın Azərbaycanda kifayət qədər dəstəkçisi var və zaman-zaman Azərbaycan vətəndaşları da PKK sıralarında döyüşüblər.

Onu da qeyd edək ki, yuxarıda təqdim etdiyimiz faktların bəziləri Türkiyənin Millətçi Hərəkat Partiyası fəaları tərəfindən sosial şəbəkələrdəki qruplarda açıqlanıb.

Geri qayıt