Əsas Səhifə > Cəmiyyət, Manşet > MİLYARDERLƏRİN TƏDBİRİNDƏ ERMƏNİ MÜĞƏNNİ

MİLYARDERLƏRİN TƏDBİRİNDƏ ERMƏNİ MÜĞƏNNİ


26-03-2013, 17:46
MİLYARDERLƏRİN TƏDBİRİNDƏ ERMƏNİ MÜĞƏNNİ
DİA.AZ: - Məlum olduğu kimi, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzərRos” FMMM) və Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı (RATİ) Moskvada “Safisa” mərasim evində təntənəli Novruz tədbiri keçirib.

DİA.AZ-a bununla bağlı ilginc məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a sızan informasiyadan aydın olur ki, «AzərRos»un dəvəti ilə novruz şənliyinə toplaşan azərbaycanlı milyarderləri, həmçinin baş nazirin keçmiş müavini Abbas Abbasovu erməni müğənni də əyləndirib. Həmin erməni müğənninin isə əslən Daşkəndən olduğu söylənilir.

DİA.AZ bildirir ki, erməni müğənninin sözügedən törəndə iştirakı «Facebook» sosial şəbəkəsində də Rusiyada yaşayan həmyerlərimiz arasında böyük qalmaqala səbəb olub. Hətta erməni müğənninin şəklini öz profilində yerləşdirən İranə Talışxanova adlı şəxs isə nəhayətdə həmin fotonu silmək zorunda qalıb.

Məlumatı DİA.AZ-a verən mənbə isə bildirir ki, əslən erməni olan müğənni tədbirdə Azərbaycan türkcəsində mahnı oxuyaraq milyarderlərimizi əyləndirib.

Geri qayıt