Əsas Səhifə > Cəmiyyət, Manşet > DYP SİSTEMİNDƏ KİMLƏR VƏZİFƏDƏN ALINACAQ?

DYP SİSTEMİNDƏ KİMLƏR VƏZİFƏDƏN ALINACAQ?


26-03-2013, 15:50
DYP SİSTEMİNDƏ KİMLƏR VƏZİFƏDƏN ALINACAQ?
İKİ VƏZİFƏLİNİN ADI «QARA SİYAHI»DADIR

DİA.AZ: - Dövlət Yol Polisi sistemində təlatümlü olaylar baş verəcək. Bu barədə DİA.AZ-a hüquq mühaizə orqanlarındakı mötəbər mənbə xəbər ötürüb.

Redaksiyamıza bildirilənlərdən belə aydın olur ki, son zamanlar DYP-nin adının bir çox rüşvət qalmaqallarında hallandırılması daxili istintaqı zəruri hala çevirib. Bu barədə mənbənin söylədikləri:

«DYP-nin rəhbərliyi də maraqlıdır ki, əslində qurumun adını rüşvətdə hallandıran şəxslər cəzalandırılsın. Odur ki, konkret qurbanların verilməsi qaçılmazdır».

Mənbəmiz iddia edir ki, bu əsnada iki əsas fiqurun vəzifəsindən alınması da gözlənilir: «Hələlik bu sırada bir çoxlarının adı çəkilir. Amma konkret olaraq adı son günlər mətbuatda çox ciddi ittihamların hədəfinə çevrilən Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet-eskort rotasının komandiri Cəmşid Hənifəyevlə bağlı ölçünün götürüləcəyi şübhəsizdir. Onunla bərabər Bakı Baş Dövlət Yol Polisi İdarəsində radarlara nəzarət edən Bəkir Muradovun da vəzifəsindən alınması gözlənilir».

Məlumatlara görə, bu proseslə yanaşı DYP əməkdaşlarının maaşlarının artırılması da gözlənilir: «Əslində son zamanlar yol hərəkəti qaydalarının pozulması müqabilində cərimələrin miqdarının artırılması DYP əməkdaşlarının maaşlarının artırılması ilə müşaiyət olunmalı idi. Və belə bir addım da yaxın vaxtlarda atıla bilər ki, bununla da DYP-də rüşvətin qarşısının birdəfəlik alınması nəzərdə tutulub».

Geri qayıt