Əsas Səhifə > Güney Press / Manşet > HƏBSDƏ OLAN SAHİBKARIN AİLƏSİ PROBLEM İÇİNDƏ

HƏBSDƏ OLAN SAHİBKARIN AİLƏSİ PROBLEM İÇİNDƏ


26-03-2013, 13:41
HƏBSDƏ OLAN SAHİBKARIN AİLƏSİ PROBLEM İÇİNDƏ
DİA.AZ: - Redaksiyamıza Goranboy rayon icra başçısı Nizaməddin Quliyevin zavalına gəlmiş sahibkar Müqayis Verdiyevin yaxınları tərəfindən yeni müraciət göndərilib. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Müqayis Verdiyev Regionların inkişaf proqramı əsasında bölgələrdə təmir-tikinti ilə məşğul olan sahibkardır. İndiyə kimi bir çox rayonlarda - Tərtərdə, İmişlidə, Kürdəmirdə, Neftçalada, Yardımlıda, Qubada, Yevlaxda və. s tikinti işləri olmuşdur. Bölgələrdə gördüyü işlərə görə Yevlax və Gəncə şəhərlərindən "Fəxri Fərman"ilə təltif olunmuşdur. İmişlidə və Yevlaxda Dövlət Bayrağı Meydanının acılışında şəxsən Cənab Prezident iştirak etmişdir.

Son zamanlar Goranboy rayonunda tikinti işləri aparmışdır. Lakin işi qurtarmamış V.Müqayis həbs olundu. Buna səbəb 269 min manatı mənimsəməkdə, fəhlələrin əmək haklarını verməməkdə ittiham olundu. Goranboy rayon İcra Hakimiyyətinin başçısı pulun V.Müqayisə ödədiyini bildirir. Goranboy rayonunda görülən işlər ücün V.Müqayis küllü miqdarda vəsait toplamış, öz yaxınının evini banka girov qoymuşdur. Hətta işlənən materialların pulunu ödəyə bilməmişdir. V.Müqayisin ailəsi cətin vəziyyətlə üzləşmişdir ki, hər kəs pulunu tələb edir, təzyiqlərə məruz qalırlar. İşlədiyi bölgələrdə indiyə kimi belə haqsızlıqla qarşılaşmamışdı.HƏBSDƏ OLAN SAHİBKARIN AİLƏSİ PROBLEM İÇİNDƏ
HƏBSDƏ OLAN SAHİBKARIN AİLƏSİ PROBLEM İÇİNDƏ
HƏBSDƏ OLAN SAHİBKARIN AİLƏSİ PROBLEM İÇİNDƏ
HƏBSDƏ OLAN SAHİBKARIN AİLƏSİ PROBLEM İÇİNDƏ
HƏBSDƏ OLAN SAHİBKARIN AİLƏSİ PROBLEM İÇİNDƏ


İmişli rayonunda da material götürdüyü sahibkarlar arasinda naraziliq yaranıb. V.Müqayis həbs olunduğu ücün İmişli rayonunda qalan pulunu ala bilmir.

Cənab Prezident İlham Əliyevin 12 aprel cıxışı sahibkarlara və onların işlərinə verdiyi önəmi bizi sevindirdi. Yazıb xahiş edirəm, V.Müqayisə köməklik göstərəsiniz”.

Geri qayıt