Əsas Səhifə > Güney Press / Manşet > ZAQATALA SAKİNLƏRİ UZANAN İNŞAATDAN BEZİB

ZAQATALA SAKİNLƏRİ UZANAN İNŞAATDAN BEZİB


26-03-2013, 13:27
ZAQATALA SAKİNLƏRİ UZANAN İNŞAATDAN BEZİB
DİA.AZ: - Zaqatala sakinləri rayon mərkəzində aparılan pərakəndə abadlıq işlərindən giley-güzar edirlər. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup sakin bildirir ki, hazırda Zaqatala sanki cəbhə bölgəsini xatırladır:

“Doğrudur, biz də abadlığı alqışlayırıq. Amma belə də olmaz. Hər yer təmirə dayandığından qısa məsafəni dolayı yollarla, palçığın içində getməli oluruq. Aylardır bu vəziyyət yaransa da, rayon rəhbərliyindən kimsə bizi eşitmir. Elə deyirlər ki, təmir uzanır. Biz bilmirik bunların məqsədi nədir. Amma əhali zülüm çəkir”

Sakinlərin sözlərinə görə, hal-hazırda “Qaladüzü” dairəsi, Sülh küçəsi, “Heydər Əliyev” prospektində və şəhərin digər küçələrində təmir işləri aparılır: “Bu uzanan təmir işləri şəhər sakinlərinə xeyli narahatçılıq yaradır. Rəsmi orqanlardan deyirlər ki, təmir işləri Heydər Əliyevin ildönümünə qədər yekunlaşdırılacaq. Amma o vaxta qədər bizim ömrümüz yeyilir”.

Nəzərinizə çatdırırıq ki, keçən il şəhərdə baş verən zəlzələdə ziyan çəkmiş məktəb binaları, yaşayış evləri və digər ictimai binaların bərpası zamanı böyük miqdarda yeyintiyə yol verilməsilə bağlı “Kür” Vətəndaş Qərərgahı Cəmiyyəti tərəfindən şok hesabat da açıqlanmışdı. Hesbatdan aydın olurdu ki, yerli rəhbərliyin də iştirakı ilə abadlıq, təmir-bərpa adı altında külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt