Əsas Səhifə > Partiya > İCTİMAİ PALATA ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI BƏYANAT VERDİ
İCTİMAİ PALATA ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI BƏYANAT VERDİ30-11-2011, 15:43 |
QURUMUN SIRALARI GENİŞLƏNİR İctimai Palatanın Səbail və Binəqədi şöbələri növbəti toplantılarını keçiriblər. Bu barədə “Azadlıq”a Ictimai Palatanın katibliyindən Məluma verilib. Məlumatda bildirilir ki, hər iki toplantıda müzakirə olunan məsələlər oxşar olub. Ictimai Palatanın şöbələri əsasən, təşkilati məsələləri və ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə ediblər. İctimai Palatanın yerli şöbələrinə 150 nəfərə qədər yeni üzv qəbul olunub. Onların arasında partiya mənsubiyyəti olanlar çoxluq təşkil etsə də, bitərəflərin sayı da kifayət qədərdir. İctimai-siyasi vəziyyətin müzakirəsi zamanı Ictimai Palata fəalları Azərbaycan hakimiyyətinin vicdan məhbuslarına qarşı yürütdüyü siyasəti kəskin tənqid ediblər, onların dərhal azad olunması tələbilə bəyanat qəbul olunub. Bundan başqa, hakimiyyətin azad söz adamlarına təzyiq və təqibləri də müzakirə mövzusu olub. Yığıncaq iştirakçıları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qurama ittihamlarla həbsdə saxlanılmasına da bəyanatla reaksiya veriblər. Geri qayıt |