Əsas Səhifə > Ölkə, Manşet > ƏHMƏD ƏHMƏDZADƏNİN TENDER OYUNU
ƏHMƏD ƏHMƏDZADƏNİN TENDER OYUNU25-03-2013, 12:35 |
BÜDCƏDƏN AYRILAN MİLYONLAR NECƏ YEYİLİR? DİA.AZ: - Meliorasiya və Su Təsərrüfatı ASC xüsusi texnika (buldozer, ekskavator, traktor və s.), nasos stansiyaları, elektrik avadanlığı alınması üçün tender elan edib. Bu barədə DİA.AZ “Turan”a istinadən məlumat verir. Tender 35 lot üzrə keçirilib və 15 şirkət qalib olub. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, müqavilələrin ümumi qiyməti 32,5 mln manat olub. ASC-nin əsas tədarükçüləri “Grand Motors”, “Ramma”, “AS Texnika”, “Kaskad-3”, “ART Proje”, “Cavidan-N”, “İmprotex Trucks Buses”, «Hidromaş servis», Gəncə Avtomobil Zavodu və s-dir. Alınan texnikanın miqdarı barədə məlumat verilmir. SC-nin saytında xüsusi texnika parkı barədə informasiya yoxdur. Qeyd edək ki, bu il Meliorasiya və Su Təsərrüfatı ASC-yə kənd təsərrüfatının maliyyələşdirilməsi tədbirləri çərçivəsində büdcədən 233 mln manat ayırılıb. Bundan başqa, SC investisiya layihələri üzrə milyonlarla vəsait alır. Xatırladaq ki, 2010-cu ilin Kür daşqınları göstərdi ki, bu struktur çox səmərəsizdir. 2005-ci ildən 2010-cu ilə kimi sahilbərkitmə və drenaj işlərinə dövlət və beynəlxalq təşkilatlar 1 mlrd dollar vəsait ayırıb. Bu vəsaitin bir hissəsi yoxa çıxıb. Geri qayıt |