Əsas Səhifə > Siyasət, Manşet > QƏBƏLƏDƏ İŞÇİLƏR QULDARLIĞA ETİRAZ ETDİLƏR

QƏBƏLƏDƏ İŞÇİLƏR QULDARLIĞA ETİRAZ ETDİLƏR


25-03-2013, 12:04
QƏBƏLƏDƏ İŞÇİLƏR QULDARLIĞA ETİRAZ ETDİLƏR
NAZİR KƏMALƏDDİN HEYDƏROV BİRİNCİ ÜSYANIN QARŞISINI NECƏ ALIB?

DİA.AZ: - Bu gün Qəbələ rayonunda “Azəri Trans” şirkətinin 100-dən çox işçisi etraz aksiyası keçirməyi bacardılar. Hansı ki, 2 gün ərzində hakimiyyət nümüyəndələri tərəfindən hədə-qorxu, təhdidlərə çoxlu sayda insanlar məruz qalıbmış. Əgər aksiyaya hazırlaşanlara qarşı hədə-qorxular olmasaydı bu gün üçün 1500 adamın iştirakı gözlənilirdi. Aksiya onların kobud surətdə hüquqlarının pozulması səbəbindən təşkil olunmuşdu. Belə ki, onlardan çox hissəsi heç bir əsas olmadan işdən çıxarılmış və son beş ayda da maaşlarını ala bilməmişdilər.

DİA.AZ-a daxil olan məlumata görə, şirkətin işçilərinin başlıca tələbləri əmək müqavilələrinin bağlanması, məvaciblərin vaxtında verilməsi , 8 saatdan artıq işlədilməmələri , istirahət günlərinin təyin olunması və işə götürmə zamanı iş bölgüsü üçün rüşvətin alınmaması olmuşdur.

Aksiya iştirakçılarının sözlərinə görə Qəbələ rayonunda məmur özbaşınalıqları başqa rayonlara nisbətən daha çoxdur. Prezident administrasiyasına və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə dəfələrlə şikayət olunsa da haqlı tələblərinə baxan olmayıb. Şirkətin rəhbərliyi də işçilərə deyib ki, “Hara yazırsınız yazın, bizim işimizə heç kim qarışa bilməz”. Bundan əlavə İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və onun rəhbərliyi altında olan digər məmurlar yaranmış problemlərinin həllinə kömək etmək əvəzinə yalan vədlər verməklə şikayətçiləri daha da aqressiv vəziyyətə gətirib çıxarıblar.

Aksiyaçıların sözlərinə görə 11 mart 2013- il tarixində “Gilan Holdinq”in işçiləri işlədikləri hər gün üçün 12 manat əvəzinə 15 manat verilməsi və əmək müqaviləsinin bağlanması tələbi irəli sürüb və nazirliyin qaynar xəttinə zəng edərək bu barədə məlumat veriblər. Zənglərinə cavab belə olub ki, hal-hazırda Kəmaləddin Heydərov Qəbələ rayonundadır və şikayətinizi ona bildirsəniz daha yaxşı olar. Həmin şirkətin işçiləri şikayət üçün K. Heydərovun olduğu yerə yaxınlaşdıqda dərhal Gilan Holdinqin rəhbər işçiləri onları dilə tutaraq elə həmin yerdə də onların 1 aylıq maaşlarını ödəyərək şikayət etməklərinin qarşısını ala biliblər. Bir gün sonra isə aksiya təşkil etmiş 25 işçi əsassız olaraq işdən qovulmuş olub.
QƏBƏLƏDƏ İŞÇİLƏR QULDARLIĞA ETİRAZ ETDİLƏR
QƏBƏLƏDƏ İŞÇİLƏR QULDARLIĞA ETİRAZ ETDİLƏR

Azəri Trans şirkətində də ciddi narazılıqların yaranmasına səbəb işçilərin əmək müqaviləsi olmadan qul kimi gün ərzində 12 saat işlədilməsi ,maaşlarının vaxtında verilməməsi və hüquqlarını tələb edənlərin əsassız işdən kənarlaşdırılması hallarıdır.

Həmin aksiyada iştirak edən Qəbələ sakini Tehran Musayev çıxışında suallar edərək bildirib ki, “Hazırki yaşayımızdan pis hansı günlərimiz ola bilər? Bu qədər fərqli yaşayış, bu qədər qanun pozuntusu və dinc aksiyalarımıza görə bizə olan təzyiqlər səbəbi nədir? O, qeyd edib ki, biz müxalifətçi deyilik, amma haqlı olaraq etirazlar edəndə müxalifət xalqın müdafiəyə qalxır. Hakimiyyət də xalqın tərəfində olan müxalifəti qara qüvvələr adlandırır. Budurmu ədalət?

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə 2013-cü ilin Azərbaycanının tək bir rayonunda minlərlə işçinin əmək müqaviləsi olmadan hüquqlarının kobud surətdə pozulması və onların gün ərzində 12 saatdan çox işə cəlb olunmaları aşkar şəkildə özbaşınalıq və qeyri insani idarəetmənin nəticəsidir. Hüquq müdafiəçisi etiraz edən aksiya iştitakçılarının bütün tələblərinin haqlı olduğunu və onların əsaslı şikayətlərinə isə qanunla müəyyən olunmuş qaydada və müddətdə cavab verilməmədiyini, hər hansısa müvafiq tədbirlərin görülməmədiyini Azərbaycan vətəndaşlarına qarşı olan qayğısızlığın nəticəsi kimi qiymətləndirib. O həmçinin qeyd edib ki, aksiya iştiraklarının çıxışlarından aşkar görünür ki, məmur özbaşınalığı onları ölkə prezidentinə qarşı çıxarmağa yönəlib.

Geri qayıt