Əsas Səhifə > Hadisə > MASAZIRDA 44 YAŞLI KİŞİ ÖZÜNÜ ASDI

MASAZIRDA 44 YAŞLI KİŞİ ÖZÜNÜ ASDI


25-03-2013, 10:43
MASAZIRDA 44 YAŞLI KİŞİ ÖZÜNÜ ASDI
İNTİHARIN SƏBƏBLƏRİ MƏLUM DEYİL

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1969-cu il təvəllüdlü İsmayıl Salamov yaşadığı evin mətbəxində özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Geri qayıt