Əsas Səhifə > Partiya > RƏSMİ BAKI ŞTRASSERƏ ŞƏRT QOYDU

RƏSMİ BAKI ŞTRASSERƏ ŞƏRT QOYDU


30-11-2011, 15:01
RƏSMİ BAKI ŞTRASSERƏ ŞƏRT QOYDU

YA QƏBUL EDƏCƏK, YA DA BAKIYA GƏLMƏYƏCƏK

“ATƏT-in siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrosserin Azərbaycana səfərində bzi də maraqlıyıq”. APA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

S. Seyidov bildirib ki, ki, Azərbaycan Avropa Şurasında (AŞ) öz sözünü lazımi şəkildə deyir: “Belə olmasaydı, “Azərbaycanda siyasi məhbuslar” adlı qeyri-obyektiv məruzənin adı dəyişdirilməzdi. Bu, Avropa Şurasının rəhbərliyiin dərk etməsidir ki, Azərbaycan başqa Azərbaycandır. Azərbaycan dünyada və Avropada öz sözünü, davranışını ən yüksək səviyyədə göstərmək qabiliyyətinə malikdir. Ona görə birinci mərizənin adı dəyişdirildi”.

S. Seyidov bildirib ki, insan haqları ilə bağlı problem bütün dünyada, o cümlədən də Azərbaycanda mövcuddur: “O ki qaldı hansısa məruzəçinin Azərbaycana gəlişinə, Azərbaycan açıq, demokratik ölkədir. Hər kəs Azərbaycana gəlib burada fəaliyyət göstərə, tədqiqat apara bilər. Ancaq vəziyyət qərəzli yox, obyektiv təhlil edilməlidir. Belə bir səfər həyata keçiriləcəksə, insan haqları ilə bağlı yalnız Azərbaycanda yox, Avropa Şurasına daxil olan bütün ölkələrdə tədqiqat aparılmalıdır. İkincisi, Azərbaycanla bağlı hansısa müstəsna münasibət göstərilməməlidir. Biz Avropa Şurası ilə əməkdaşlıq etməyə, hər bir şəraiti yaratmağa hazırıq, amma bir şərtlə ki, Azərbaycana münasibət obyektiv olsun, başqa ölkələrə münasibət bizə də şamil olunsun. Azərbaycanı hədəf seçib, onun içərisində olmayan problemləri axtarmaq mümkün deyil və bu olmayacaq. Bu şərtlər əsasında sözügedən səfər niyə də gözlənilməsin? Biz sadaladığım şərtlər daxilində bu səfərin həyata keçirilməsində maraqlıyıq”.


Geri qayıt