Əsas Səhifə > Gündəm, Manşet > MASALLIDA FERMER PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

MASALLIDA FERMER PREZİDENTDƏN KÖMƏK İSTƏDİ


25-03-2013, 09:50
MASALLIDA FERMER PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
YERLİ BƏLƏDİYYƏ FERMERƏ MƏXSUS TORPAQ SAHƏSİNİ BAŞQASINA SATIB

DİA.AZ: - Masallı rayonunun Köhnə Alvadı kəndində yaşayan sahibkar Şiriyev Aslan İbrahim oğlu və onun həyat yoldaşı 10 uşaq anası qəhrəman ana gözdən əlil Şiriyeva Ərkinaz Abı qızı üzləşdikləri problemlə bağlı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya və daha bir neçə dövlət qurumunun rəhbərliyinə ərizə ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a göndərilən həmin şikayət xarakterli ərizədə deyilir:

“Bildirirəm ki. Mən sahibkar kimi fəaliyyət göstərirəm və yuxarıda qeyd etdiyim ünvanda yaşayıram. 14 aprel 2003 cü il tarixdə Masallı rayonu Köhnə Alvadı kəndində yaşayan “ Məhsul” şirkətinin direktoru Əskərov Yusif Qubad oğlundan Bakı – Astara şossesinin sağ tərəfində yerləşən “Məhsul ” şirkətinin inşa etdiyi tikililəri ( fermaları) alqı – satqı müqaviləsi bağlamaqla nəqd yolla almışam. Həmin vaxtdan hal – hazıra kimi orada xırda buynuzlu qoyun – quzu saxlayıram.

Fermanın yerləşdiyiu torpaq sahəsi Təzə Alvadı bələdiyyəsinə aid olduğu üçün hər il bələdiyyə ilə torpaq sahəsinin icarəyə verilməsi haqqında torpaq icarəsi müqaviləsi bağlayıram. Hər il 3 hektar torpağa görə bələdiyyənin hesabına 300 manat pul ödəyirəm. Həmin torpaq sahəsində aldığım ferma binaları , anbar , göl yem tədarükü üçün yer vardır. 2 hekatar sahə isə örüş kimi istifadə olunur.

Təzə Alavadı bələdiyyəsi mənə icarəyə verdiyi torpaq sahəsinin 1 hektarını “Aqrolizinq” üçün bina tikmək məqsədi ilə verib. Bu da mənim sahibkarlıq fəaliyyətimə maneçilik törətmək üçün bir vasitədir. Mən orada 220 başdan yuxarı qoyun – quzu saxlayıram. Orada bina tikilsə, mən heç cür təsərrüfatımı inkişaf etdirə bilməyəcəm. Dövlətimiz kənd təsərrüfatını inkişaf etdirmək üçün uzun müddətli kreditlər verir və onlar üçün hər cür şərait yaradır. Masallı rayonunda isə bizə təsərrüfatı inkişaf etdirməyə icazə vermirlər. Bununla bağlı mən rayonumuzda aidiyyəti orqanlara müraciət etsəm də, heç bir nəticəsi olmamışdır. Yazdığımız şikayətlər rayon rəhbərliyinə göndərilir, onlar isə yerin boşaldılmasını, fermanın sökülməsini tələb edirlər. Ümidimiz Sizlərədir.

Sizdən xahiş edirəm bu işdə mənə köməklik edəsiniz”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt