Əsas Səhifə > Güney Press / Manşet > QƏBƏLƏDƏ DAHA BİR FƏHLƏ ÜSYANI GÖZLƏNİLİR

QƏBƏLƏDƏ DAHA BİR FƏHLƏ ÜSYANI GÖZLƏNİLİR


24-03-2013, 15:24
QƏBƏLƏDƏ DAHA BİR FƏHLƏ ÜSYANI GÖZLƏNİLİR
DİA.AZ: - Sabah Qəbələdə "Azəri Trans” şirkətinin işçiləri öz işçi hüquqlarının tapdanmasına qarşı etiraz aksiyası keçirmək niyyətindədirlər. DİA.AZ bildirir ki, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

DİA.AZ-ın xəbərinə görə, aksiyanın baş tutmaması üçün artıq əks tərəf özlərinə məxsus bütün tədbirlərə əl atıb. Aksiyanın fəallarına müxtəlif yollarla təzyiqlər göstərilir. Məsələyə indidən polis müdaxiləsi başlayıb.

Belə ki, şirkətin işçisi Tehran Musayevin dalınca şəhərdəki çayxanalardan birinə gələn polis məmuru sabah onları həbs edəcəklərini bəyan edib. Bir sözlə, sabahkı aksiyanın ləğv edilməsi üçün mümkün və mümkünsüz bütün yollardan istifadə oluncaq. Məlumat üçün deyək ki, bu aksiya sırf iqtisadi-sosial tələblərlə keçirilməsi planlaşdırılan dinc, sivil bir tədbirdir. Onlar öz tələblərini yazılı şəkildə artıq yerli hakimiyyətə təqdim ediblər.

“Facebook”da yayılan məlumatda xüsusi olaraq bir məqam da vurğulanır ki, Qəbələdə fəaliyyət göstərən siyasi partiya mənsubları aksiyaya dəvətli deyillər, çünki bunun siyasətlə heç bir əlaqəsi yoxdu.

Geri qayıt