Əsas Səhifə > Cəmiyyət > HACIBALA ABUTALIBOV BAKINI BELƏ SEVİR?

HACIBALA ABUTALIBOV BAKINI BELƏ SEVİR?


24-03-2013, 15:12
HACIBALA ABUTALIBOV BAKINI BELƏ SEVİR?
"DOSTLUQ"UN YANINDAKI PARKI KİMLƏR KİMƏ SATIB?

DİA.AZ: - “Dostluq” kinoteatrının yanında vaxtilə bir park var idi. Daha dəqiq ifadə etsək, Azadlıq prospekti 74 ünvanında. Bu park təxminən 1 il öncəyə kimi orada yaşayan insanların istirahət məkanı idi. Artıq deyil. İndi həmin parkın yerində 2 hündürmərtəbəli bina tikilib, üçüncüsü də tikilir. Ərazidə yaşayan sakinlərdən park sökülüb inşat meydançasına çevrilməsi barədə maraqlandıq. Onlardan biri, Əfqan Məmmədov yam-yaşıl parkın içində çoxlu ağacın və skamyanaların olduğunu dedi: “Bura uzun müddətdir, lap çoxdan bəri park idi. Camaat boş vaxtlarında gedib orada dincəlirdi. Yeddi-səkkiz ay əvvəl gəlib dəmirlə hasara aldılar, tez də bu binaları tikməyə başladılar. Biz, ətraf binalarda yaşayanlarla birgə bir neçə dəfə etiraz etdik, narazılığımızı bildirdik, amma heç nə dəyişmədi”.
Öyrəndik ki, tikilən binalardan biri bank filialı olacaq. Digər bina da biznes mərkəzi kimi fəaliyyət göstərəcək. Bu iki binanın ortasında tikilən yeni binanın isə nə üçün tikildiyi bəlli deyil.
Söhbətləşdiyimiz digər sakin Yaşar Cəbrayılov da parkda çoxlu ağaclar olduğunu və istirahət yeri kimi faydalı olduğunu dedi: “Düzdü, əvvəllər burda park var idi. Biz də uşaqlarla gedirdik. Amma biraz əvvəl gəlib bağladılar, ağacları da kəsib bu gördüyünüz binaları tikdilər. Binaların nə olduğunu bilmirəm. Amma o vaxt qonşular narazılıq etdilər, baxan olmadı”.
Hal-hazırda binanın əhatələndiyi hasarın qapısı kilitlə bağlıdı. Binalarda tikinti işləri dayandığı üçün köhnə parkın ərazisində heç kim yox idi. Bu günlər qeyri-iş günü olduğundan rəsmi mövqe öyrənə bilmədik. Yaxın günlərdə bu mövzuya bir daha qayıdacağıq.
DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, sözügedən parkın viran qoyulmasında Bakı çəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov birbaşa məsul şəxsdir. Bu barədə danışan mənbəmiz iddia edir ki, Bakı meri parkın ərazisini satmaqla 4 milyon manat qazanc əldə edib. Ərazinin kimlər tərəfindən satın alındığı da redaksiyamıza məlumdur. Bu barədə yaxın günlərdə daha dolğun bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

HACIBALA ABUTALIBOV BAKINI BELƏ SEVİR?
HACIBALA ABUTALIBOV BAKINI BELƏ SEVİR?
HACIBALA ABUTALIBOV BAKINI BELƏ SEVİR?
HACIBALA ABUTALIBOV BAKINI BELƏ SEVİR?
HACIBALA ABUTALIBOV BAKINI BELƏ SEVİR?

Geri qayıt