Əsas Səhifə > Partiya > “AZƏRBAYCANDA QANUNUN ALİLİYİ YOXDUR”

“AZƏRBAYCANDA QANUNUN ALİLİYİ YOXDUR”


30-11-2011, 14:28
“AZƏRBAYCANDA QANUNUN ALİLİYİ YOXDUR”

“AMNESTY INTERNATIONAL”DAN DAHA BİR SƏRT MÖVQE

Amnesty International hüquq-müdafiə təşkilatı gənc fəal Cabbar Savalanın həbsdə saxlanması barədə Azərbaycan Ali Məhkəməsinin dünənki qərarını pisləyib və onun dərhal azadlığa buraxılmasını tələb edib.

“Azərbaycan məhkəmələri növbəti dəfə göstərdi ki, bu ölkədə qanunun aliliyi yoxdur, siyasi maraqlar var”, -Aİ-nin Avropa üzrə proqram rəhbərinin müavini Con Dalusen bildirib.

Savalan bu il mayın 4-də saxta ittiham üzrə təqsirli bilinərək 2,5 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik maddə saxladığına görə mühakimə olunub. Halbuki, narkotik maddəni onun üzərinə Sumqayıt polisində qoyublar. Təqibin əsl səbəbi 20 yaşlı fəalın Facebook vasitəsilə etiraz aksiyasına çağırmasıdır.

Cabbar bu ilin mart və aprel aylarında kütləvi etiraz aksiyalarının hakimiyyət tərəfindən yatırılması nəticəsində məhkum olunan 17 vicdan məhbusundan biridir.

Dekabrın 3-17-də dünyada min yüzlərlə adam Amnesty International-ın illik marafonu çərçivəsində Savalanı dəstəkləyəcək. Marafon zamanı 70 ölkədən adamlar Savalanın azad olunması tələbi ilə Azərbaycan hakimiyyətinə məktub və müraciətlər yazacaq, SMS göndərəcək.

“Ötən ay Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Gələn ildə Eurovision müsabiqəsi keçirəcək. Hazırda hakimiyyətin insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirdiyini nümayiş etdirməsinin əsl vaxtıdır. Odur ki, hakimiyyət Savalanı və digər 16 vicdan məhbusunu dərhal azad etməlidir”, - Dalusen vurğulayıb.


Geri qayıt