Əsas Səhifə > Gündəm, Manşet > NİZAMƏDDİN QULİYEV SAHİBKARI NİYƏ TUTDURUB?

NİZAMƏDDİN QULİYEV SAHİBKARI NİYƏ TUTDURUB?


24-03-2013, 10:59
NİZAMƏDDİN QULİYEV SAHİBKARI NİYƏ TUTDURUB?
BU HƏBSLƏ HƏM 256 MİN MANAT, HƏM DƏ 1 MİLYON 300 MİN MANAT SİLİNİB

DİA.AZ: - Məlum olduğu kimi, Goranboy rayonunun Xanqərvənd kəndində sahibkar Müqayis Verdiyev Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Hadisəyə səbəb Müqayis Verdiyevin Goranboy rayonunda apardığı təmir-tikinti, abadlıq işlərinıə görə sərf etdiyi 256 min manat vəsaiti rayonun icra başçısı Nizaməddin Quliyevdən ala bilməməsidir. Bildirək ki, bu olayla bağlı DİA.AZ-a yeni müraciət göndərilib.

Bir qrup sahibkar adından redaksiyamıza göndərilən məktubda deyilir: “Verdiyev Müqais Cəmil oğlu “Regionların sosial iqtisadi inkişafı proqramı əsasında” Goranboy rayonunda abadlıq işləri görmüşdür. İşi görüb qurtardıqdan sonra pulu verməkdən imtina edən Goranboy RİH-nin başçısı Nizaməddin Quliyev hiyləyə əl atır. Müavini Baxış Abdullayev vasitəsi ilə fəhlələrə bir -bir zəng edərək İcra Hakimiyyətinin qarşısına toplayaraq pul verəcəklərini bildirir. Fəhlələr ora yığıldıqda isə onlara hədə-qorxu gələrək Prokrorluğa şikayət etmələrini bildirir.

Məlumat üçün qeyd edim ki, İcra başçısının Müqayis Verdiyevə 256 min manat borcu olub. Müqayis Verdiyev Goranboy rayon İcra hakimiyətinin başçısı Nizaməddin Quliyevin qəbulunda olsa da, fəhlələrə veriləsi əmək haqları barədə müraciəti nəticəsiz qalıb. Vəziyyətdən çıxış yolu tapan rayonun icra başçısı Nizaməddin Quliyev Müqayis Verdiyevi guya rayonda iğtişaş törətməkdə suçlu olmasında ittiham edərək onu 06.03.2013-cü il tarixdə həbs etdirməyə nail olur. Məsələnin ürək ağrıdan hissəsi isə ondan ibarətdir ki, bu haqsızlığı eşidən kimi onun anasının beyninə qan sızaraq vəfat edir.

Hal-hazırda sahibkar günahsız yerə icra başçısının sifarişi əsasında rayona ayrılan pulların mənimsənilməsini ört-basdır edilməsi üçün həbs edilib. İcra Başçısı Nizaməddin Quliyev rayon prokuroruna onun həbsi ilə bağlı göstəriş verir və Müqayis Verdiyev haqqında 3 aylıq həbs qət-imkan tədibiri seçilir. Beləliklə “Nizaməddin Quliyev həm Müqayis Verdiyevə veriləcək 256 min manatı mənimsəyib, həm də oğluna məxsus ”Fəqan-Xidmət" şirkətinin 1 milyon 300 min manatlıq əməliyyatını ört-basdır edir".

Yeri gəlmişkən qeyd etmək istəyirik ki, aksiya keçirən fəhlələr Goranboy rayon prakrorluğuna kollektiv ərizə yazaraq M.Verdiyevden şikayətçi olmadıqlarını və icra başçısının müavini Baxış Abdullayevin təhrki ilə rayon prakrorluğuna göndərildiklərini bildirmişlər.

Bundan əlavə olaraq Rayon İcra Hakimiyyətindən mətbuata məlumat verirlər ki, biz sahibkar Müqayis Verdiyevin pulunu tam ödəmişik. Baxmayaraq ki, məhkəmə zamanı ödənilmiş pullar barədə hakimə heç bir rəsmi sənəd təqdim olunmayıb”.

Daha sonra narazı goranboylular dövlət rəhbərliyinə müraciət edərək bu ədalətsizliyə son qoyub tapdanan hüquqlarının bərpa edilməsini də tələb ediblər.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt