Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > NAZİRLƏR NƏDƏN İDDİALARINI GERİ GÖTÜRDÜ?

NAZİRLƏR NƏDƏN İDDİALARINI GERİ GÖTÜRDÜ?


19-03-2013, 12:44
NAZİRLƏR NƏDƏN İDDİALARINI GERİ GÖTÜRDÜ?
HAKİMİYYƏT ELEKTRON VƏ ÇAP MƏTBUATINA DOĞRU ADDIMLAR ATA BİLƏR

DİA.AZ: - Qarşıdan gələn prezident seçkilərilə bağlı rəsmi Bakının tədarük içində olduğu söylənilir. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbə iddia edir ki, seçki ilində hakimiyyət mətbuatla bağlı siyasətində çox ciddi addımlar atmaq fikrindədir.

Mənbənin söylədikləri: «Bu il jurnalistlər üçün tikilən binanın açılışı olacaq. Yəni tək bu hadisə deyil və evlərin paylanması zamanı hətta əks-qütbə aid mətbuatın təmsilçiləri də nəzərə alınacaq. Eyni zamanda ölkənin nüfuzlu mətbu orqanlarına, xəbər portalları da daxil olmaqla dövlət tərəfindən birdəfəlik yardımlar ediləcək».

Məlumatı verən mənbə son olaraq fövqəladə hallar və daxili işlər nazirlərinin «Azadlıq» qəzetinə qarşı məhkəmə iddialarından vaz keçmələrinin də təsadüfi olmadığını bildirdi: «Bu işə birbaşa olaraq prezident müdaxilə edib. Bu il hakimiyyət mətbuata doğru addım atacaq və jurnalist cameəsi üçün sürpriz tədbirlər həyata keçiriləcək».

Hazırda məhbəs həyatı yaşayan qəzetçilərin demək olar ki, hamısının gözlənilən əfv fərmanı ilə azadlığa çıxacağını da bildirən mənbəmiz əlavə etdi ki, bu yolla rəsmi Bakı əslində KİV-lərlə aradakı uçurumu birdəfəlik dəf etməyi düşünür.

Onu da xatırladaq ki, bu günlərdə prezident tibbi müəssisələrindəki neqativ hallarla bağlı mətbuatda əks olunan faktlar əsasında hüquqi araşdırmaların aparıla biləcəyi ilə bağlı da sərəncam imzalanmışdı. Ki, prezidentin bu addımı da əslində mətbuata göstərilən diqqətin təzahürü kimi qəbul olundu.

Geri qayıt