Əsas Səhifə > Hadisə > MƏDƏT QULİYEVDƏN BAYRAM JESTİ
MƏDƏT QULİYEVDƏN BAYRAM JESTİ19-03-2013, 11:40 |
XİDMƏT RƏİSİ MƏHBUS AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB Bu gün ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin ailə üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən M. Quliyev bildirib ki, görüş ədliyyə naziri Fikrət Məmmədovun göstərişi ilə keçirilir: “İlk dəfədir ki, bu cür tədbir keçiririk. Azərbaycan hökuməti saxlanılan şəxslərə hər cür qayğı göstərir. Bir neçə yeni Cəzaçəkmə Müəssisəsi tikilir ki, orada saxlanılan şəxslərin şəraiti daha da yaxşı olsun. Şəki şəhərində dünya standartlarına cavab verən yeni müəssisə tikilib, yaxın günlərdə istifadəyə veriləcək. Digər yerlərdə də işlər aparılır”. M. Quliyev Penitensiar Xidmətdə qanuna zidd hərəkət edən əməkdaşları cəzalandırdıqlarını da deyib: “Elə həftə yoxdur ki, qanunun tələblərini pozan əməkdaşı xidmətdən azad etməyək. Bundan başqa, biz məhkumlara verilən yeməklərin keyfiyyətinin yaxşı olmasına çalışırıq. İstəmirik ki, onlar ailələrindən nəsə tələb etsinlər. Bilirik ki, bunlar xərc tələb edir. Qısa zamanda çalışacağıq ki, məhkum hansı bölgədəndirsə, orada olan müəssisədə də saxlanılsın. Məsələn, Lənkərandan olan məhkumun cənub zonasında olan müəssisədə saxlanmasını istəyirik”. Geri qayıt |